Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağstafada şagirdin bıçaqlanması ilə bağlı direktor danışdı: On gün idi, dərsə gəlmirdi

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
BAKI, 3 dekabr - Sputnik. Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verən və bir nəfərin kəsici alətlə xəsarət alması ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.
Məktəbin direktoru Vəfa Tağıyeva "Report"a bildirib ki, hadisə noyabrın 27-də saat 11:40 radələrində, məktəbdən kənarda, mağazada qeydə alınıb.
Direktorun sözlərinə görə, mübahisə edən şagirdlərin heç biri həmin gün məktəbdə olmayıb:
"Həmin hadisə nə məktəbdə, nə də həmin şagirdlərin dərs vaxtı olub. Ümumiyyətlə, məktəb yoldaşına kəsici ailətlə xəsarət yetirən şagird 10 gün idi, dərsə gəlmirdi. Həmin gün anası onu duz almaq üçün mağazaya göndərib. Şagirdin yaşadığı ev məktəbə yaxın ərazidədir. Küçədə xəsarət alan 6-cı sinif şagirdi ilə rastlaşıb və aralarında nə olubsa ona kəsici ailətlə yüngül kəsik xəsarəti yetirib. Mən həmin saatda məktəbdə idim və bir də gördüm ki, polis əməkdaşları gəldilər. Məsələni biləndən sonra onlara da bildirdim ki, hər iki şagird dərsdə olmayıb və hadisə məktəb daxilində qeydə alınmayıb. Özləri də məsələni araşdırıb dəqiqləşdirdilər. Sonra mən xəsarət alan şagirdin evinə getdim və baxdım ki, ciddi xəsarəti yoxdur. Birinci gün hər iki şagird məktəbə gəlib və bu gün də məktəbdə olublar".
V.Tağıyeva onu da deyib ki, hadisəni törədən 5-ci sinif şagirdinin psixoloji problemi var:
"Məktəbimizin psixoloqu bu barədə mənə məlumat verəndən sonra bir neçə dəfə şifahi, 1 dəfə yazılı və bir dəfə də həmin şagirdin valideynlərini məktəbə çağırıb xəbərdarlıq etmişəm. Hətta onun bibisi də müəllimdir, o da bizim kimi, bu barədə uşağın valideynlərinə müraciət edib ki, bu şagirdi xüsusi məktəblərdən birinə köçürüb orada təhsilinə davam etdirmək lazımdır.
Bununla bağlı xüsusi sənədlərin hazırlığına başlanılmışdı. Təəssüf ki, sənədləşmə işləri başa çatmadan belə bir hadisə oldu. Biz həmin uşağa məktəbdə xüsusi nəzarət yetiririk. Sinif rəhbərinə də tapşırmışdım ki, ona mütləq ciddi nəzarət yetirin. O həmişə məktəbdə xüsusi nəzarət altında olub. Valideynlərinə də dəfələrlə bu barədə demişik, lakin uşağı təhsildən yayındırmaq olmaz deyə dərsə gəlməsinə icazə vermişdim.
Çox güman ki, sənədləşmə işləri başa çatdıqdan sonra həmin şagird yaxınlarının da razılığı ilə Bakı şəhərində fəaliyyət göstərən çətin tərbiyə olunan şagirdlər üçün nəzərdə tutulan xüsusi məktəbə köçürüləcək və təhsilini orada davam etdirəcək."
Qeyd edək ki, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə 1300 şagird təhsil alır və rayonun ən böyük məktəbidir. Həmin məktəbin 5-ci sinif şagirdi 6-cı sinifdə oxuyan şagirdə kəsici ailətlə yüngül xəsarət yetirib.
Faktla bağlı polis əməkdaşları araşdırma aparıb, hər iki məktəbli ilə profilaktik söhbətlər olub.
---------
10:13
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.
2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
O, məktəbdə Əli adlı 5-ci sinif şagirdi tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.
Faktla bağlı araşdırmalara başlanıb.
Təxminən bir ay əvvəl Ağstafada daha bir şagird bıçaqlanmışdı. Oktyabrın 24-də rayonun Tatlı kəndində 2004-cü il təvəllüdlü Sadıqov Sadiq bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, əməliyyat edilmişdi. 17 yaşlı oğlanı tanıdığı şəxs bıçaqlayıb. Bir qədər sonra hadisəni Cəlilabad rayon sakini, 2006-cı il təvəllüdlü K.Musayevin törətdiyi məlum olub. O, polis tərəfindən saxlanılıb. İlkin ifadəsində cinayəti törədiyini etiraf edib.

Həmçinin oxuyun:

Toyda qətl - Daşkəsən prokurorluğu baş verən ilginc hadisə barədə
BDU-da müşavirin bıçaqlanma səbəbi məlum olub - Rəsmi açıqlama
Xəbər lenti
0