https://sputnik.az/20211208/nizam-intizami-pozan-sagird-tehsilden-kenarlasdirila-bilermi---mutexessis-reyi-437082128.html
Nizam-intizamı pozan şagird təhsildən kənarlaşdırıla bilərmi? - mütəxəssis rəyi
Nizam-intizamı pozan şagird təhsildən kənarlaşdırıla bilərmi? - mütəxəssis rəyi
Sputnik Azərbaycan
Xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə təhsilalanlar yaşayış yeri üzrə poliklinikalarda ilkin müayinələrə cəlb edilirlər. Lakin... 08.12.2021, Sputnik Azərbaycan
2021-12-08T19:15+0400
2021-12-08T19:15+0400
2021-12-08T19:15+0400
məktəb
təhlil
təhsil
uzaqlaşdırma
nizam-intizam
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424861960_0:0:2989:1682_1920x0_80_0_0_cbf52bf7ea877207af7628046e9ca908.jpg
BAKI, 8 dekabr — Sputnik. Bakı şəhəri 282 nömrəli tam orta məktəbin VII sinif şagirdinin davranışı ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülər geniş müzakirəyə səbəb olub. Məktəbdə nizam-intizam qaydalarına əməl etməyən şagirdin bundan sonra həmin təhsil müəssisəsində təhsilini davam etdirib-etdirməyəcəyi sual altındadır. Bəs görəsən məktəbdə çətin tərbiyyə olunan uşaqlarla iş necə aparılmalıdır? Onlar hansı hallarda ümumi orta təhsil müəssisəsindən kənarlaşdırıla bilər?Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqu Əziz Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində uşaqlar məktəbə qəbul edilərkən sağlamlıq haqqında arayışla yanaşı, onların psixoloji durumu da yoxlanılmalı, psixoloq rəyi də olmalıdır. Şagird həmin sənədlər əsasında məktəbə qəbul edilməlidir.Ə.Kərimovun sözlərinə görə, bu halda da bəzi valideynlər vəziyyətən sui-istifadə edərək hər hansı üsulla bu tələblərdən yayınırlar.BŞTİ-nin psixoloqu bildirib ki, çətin tərbiyyə olunan uşaqların digər uşaqlarla bir sinifdə oxumasında qəbahət yoxdur:Ə.Kərimov deyir ki, şagird əgər ətrafdakı insanlara zərər vurararaq dərs prosesini pozursa lazımi tədbirlərin görülməsinə ehtiyac yaranır. Psixoloqun sözlərinə görə, bu zaman mütləq həm sinifdəki şagirdlərin, həmçinin də nizam-intizamı pozan şagirdin gələcəyi nəzərə alınır:"Artıq burada qərarı təkcə məktəb yox, psixoloq, güc strukturu birgə verir".Ə. Kərimov bildirir ki, şagirdin cəzalandırılması sistemi ilə nəsə əldə etmək mümkündür. Amma burada cəzanın forması vacibdir:Qeyd edək ki, əvvəllər şagirdlər məktəbə qəbul edilərkən psixoloji müayinədən keçirilsələr də, hazırda belə bir müayinə aparılmır. Məktəb tibb müəssisəsinin şagirdin sağlamlığı haqqında sənədə güvənərək şagirdi məktəbə qəbul edir. Çox təəssüf ki, əksər hallarda bu tibbi sənəd şagirdin sağlamlığı ilə bağlı durumu doğru-dürüst əks etdirmir. Əksər hallarda şagirdlərə tibbi sağlamlıq haqqında arayış yoxlanılmadan, formal olaraq verilir.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Sputnik Azərbaycan-a bildirdilər ki, valideynlər tərəfindən I sinfə şagird qəbulu zamanı məktəbə uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U) təqdim olunur. Həmçinin "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində ümumi təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə mütəmadi maarifləndirmə işi həyata keçirilir, eyni zamanda xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə təhsilalanlar yaşayış yeri üzrə poliklinikalarda ilkin müayinələrə cəlb edilirlər.Xatırladaq ki, 282 nömrəli tam orta məktəbin VII sinif şagirdinin davranışı ilə bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və DİN əməkdaşları araşdırma aparır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, məktəbdən verilmiş ilkin məlumatda qeyd olunur ki, 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir: "Həmin şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbiləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur".Daha sonra məlumatda bildirilir ki, dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib:"Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir".O da bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətlərinin tənzimlənməsini hər zaman diqqət mərkəzində saxlayır:"Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür".Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar hələki yekunlaşmayıb: "Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda araşdırmanı davam etdirir. Çünki, burada məktəb şagird və valideyndən, onlar isə məktəbdən, müəllimlərdən şikayətçidir. Hər iki tərəf bir-birini ittiham edir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatı yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".Həmçinin oxuyun:"Məktəbə bıçaqla gələn" şagirdlə bağlı rəsmi açıqlamaPaytaxt məktəbində şagirdin neqativ hərəkətləri ilə bağlı iddialar yoxlanılır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424861960_0:0:2729:2047_1920x0_80_0_0_ec48f49f8ce06cdf8280d5df9ea7e816.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, təhsil, uzaqlaşdırma, nizam-intizam
məktəb, təhsil, uzaqlaşdırma, nizam-intizam
Nizam-intizamı pozan şagird təhsildən kənarlaşdırıla bilərmi? - mütəxəssis rəyi
Xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə təhsilalanlar yaşayış yeri üzrə poliklinikalarda ilkin müayinələrə cəlb edilirlər. Lakin əksər hallarda bu tibbi sənəd şagirdin sağlamlığı ilə bağlı durumu doğru-dürüst əks etdirmir.
BAKI, 8 dekabr — Sputnik. Bakı şəhəri 282 nömrəli tam orta məktəbin VII sinif şagirdinin davranışı ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülər geniş müzakirəyə səbəb olub. Məktəbdə nizam-intizam qaydalarına əməl etməyən şagirdin bundan sonra həmin təhsil müəssisəsində təhsilini davam etdirib-etdirməyəcəyi sual altındadır. Bəs görəsən məktəbdə çətin tərbiyyə olunan uşaqlarla iş necə aparılmalıdır? Onlar hansı hallarda ümumi orta təhsil müəssisəsindən kənarlaşdırıla bilər?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin psixoloqu
Əziz Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində uşaqlar məktəbə qəbul edilərkən sağlamlıq haqqında arayışla yanaşı, onların psixoloji durumu da yoxlanılmalı, psixoloq rəyi də olmalıdır. Şagird həmin sənədlər əsasında məktəbə qəbul edilməlidir.
Ə.Kərimovun sözlərinə görə, bu halda da bəzi valideynlər vəziyyətən sui-istifadə edərək hər hansı üsulla bu tələblərdən yayınırlar.
BŞTİ-nin psixoloqu bildirib ki, çətin tərbiyyə olunan uşaqların digər uşaqlarla bir sinifdə oxumasında qəbahət yoxdur:
"Bu həmin uşağın digər şagirdlərin müsbət davranışlarından nümunə götürməsinə imkan yaradır. Biz BŞTİ olaraq hər bir şagirdin təhsil almasının tərəfdarıyıq. Amma o şərtlə ki, şagirdin davranışı onun sinif yoldaşlarına, digər şagirdlərə, eləcə də dərs prosesinə mane olmasın. Əks halda müvafiq tədbirlərin görülməsi zəruridir".
Ə.Kərimov deyir ki, şagird əgər ətrafdakı insanlara zərər vurararaq dərs prosesini pozursa lazımi tədbirlərin görülməsinə ehtiyac yaranır. Psixoloqun sözlərinə görə, bu zaman mütləq həm sinifdəki şagirdlərin, həmçinin də nizam-intizamı pozan şagirdin gələcəyi nəzərə alınır:
"Artıq burada qərarı təkcə məktəb yox, psixoloq, güc strukturu birgə verir".
Ə. Kərimov bildirir ki, şagirdin cəzalandırılması sistemi ilə nəsə əldə etmək mümkündür. Amma burada cəzanın forması vacibdir:
"Elə bir cəza forması seçilməlidir ki, bu, şagirdin gələcək həyatına mənfi təsir göstərməsin. Bizim əsas məqsədimiz uşaqları problemli davranışlardan yayındırmaqdır. Biz əgər şagirdin gələcək üçün faydalı şəxs olmasını istəyiriksə, bu zaman müəllim, məktəb, psixoloq və valideyn birgə işləməlidir. Əgər məktəbdə şagirdlərin yanında soyunmağın pis davranış olduğunu deyib, evdə buna rəvac veririksə, bu zaman uşaq da özünə xoş olan davranışı əxz edəcəkdir. Ona görə də uşağın tərbiyəsi ilə bağlı məktəb və valideyn birgə səy göstərməlidir".
Qeyd edək ki, əvvəllər şagirdlər məktəbə qəbul edilərkən psixoloji müayinədən keçirilsələr də, hazırda belə bir müayinə aparılmır. Məktəb tibb müəssisəsinin şagirdin sağlamlığı haqqında sənədə güvənərək şagirdi məktəbə qəbul edir. Çox təəssüf ki, əksər hallarda bu tibbi sənəd şagirdin sağlamlığı ilə bağlı durumu doğru-dürüst əks etdirmir. Əksər hallarda şagirdlərə tibbi sağlamlıq haqqında arayış yoxlanılmadan, formal olaraq verilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də
Sputnik Azərbaycan-a bildirdilər ki, valideynlər tərəfindən I sinfə şagird qəbulu zamanı məktəbə uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U) təqdim olunur. Həmçinin "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində ümumi təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə mütəmadi maarifləndirmə işi həyata keçirilir, eyni zamanda xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə təhsilalanlar yaşayış yeri üzrə poliklinikalarda ilkin müayinələrə cəlb edilirlər.
Xatırladaq ki, 282 nömrəli tam orta məktəbin VII sinif şagirdinin davranışı ilə bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və DİN əməkdaşları araşdırma aparır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, məktəbdən verilmiş ilkin məlumatda qeyd olunur ki, 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir: "Həmin şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbiləşərək müəllimlərə də xəsarət yetirir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur".
Daha sonra məlumatda bildirilir ki, dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib:
"Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir".
O da bildirilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətlərinin tənzimlənməsini hər zaman diqqət mərkəzində saxlayır:
"Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar hələki yekunlaşmayıb: "Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda araşdırmanı davam etdirir. Çünki, burada məktəb şagird və valideyndən, onlar isə məktəbdən, müəllimlərdən şikayətçidir. Hər iki tərəf bir-birini ittiham edir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatı yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".