https://sputnik.az/20211210/ozlerini-qarabag-qazileri-kimi-teqdim-edenler-belediyye-iscilerini-doyduler-437148972.html
Özlərini Qarabağ qaziləri kimi təqdim edənlər bələdiyyə işçilərini döydülər
Özlərini Qarabağ qaziləri kimi təqdim edənlər bələdiyyə işçilərini döydülər
Sputnik Azərbaycan
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır. 10.12.2021, Sputnik Azərbaycan
2021-12-10T18:58+0400
2021-12-10T18:58+0400
2021-12-10T18:58+0400
xuliqan
hadisə
bakı
bələdiyyə
https://cdnn1.img.sputnik.az/img/42365/19/423651916_0:234:3069:1960_1920x0_80_0_0_36bf627609639caba71c37d6a29288c8.jpg
BAKI, 10 dekabr — Sputnik. Dekabrın 9-da saat 11 radələrində özlərini "Çinar Park" MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.Qeyd edək ki, bir müddət öncə Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan qazilərə müraciət etmişdi. Bildirilirdi ki, torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar, amma bu o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər: "Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar".Eləcə də oxuyun:* Nazirlik etiraz aksiyası keçirən qazilərlə bağlı açıqlama yaydı* BNA avtobus sürücüsü ilə bağlı insident haqda: "İnzibati məsuliyyət yaradır"* Qayda pozan qazilər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/19/423651916_0:0:2731:2048_1920x0_80_0_0_b2212231d2bf8ea963052141ac92386f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xuliqan, bakı, bələdiyyə
Özlərini Qarabağ qaziləri kimi təqdim edənlər bələdiyyə işçilərini döydülər
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.
BAKI, 10 dekabr — Sputnik. Dekabrın 9-da saat 11 radələrində özlərini "Çinar Park" MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.
Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, bir müddət öncə Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan qazilərə müraciət etmişdi. Bildirilirdi ki, torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar, amma bu o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər: "Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar".