https://sputnik.az/20211119/qazilerin-aksiyasinin-neticesi-nazirliyin-qebul-etmediyini-polis-eraziden-uzaqlasdirib-436488823.html
Nazirlik etiraz aksiyası keçirən qazilərlə bağlı açıqlama yaydı
Nazirlik etiraz aksiyası keçirən qazilərlə bağlı açıqlama yaydı
Sputnik Azərbaycan
Bu gün 26 qazi sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T17:17+0400
2021-11-19T17:17+0400
2021-11-19T17:22+0400
qazi
cəmiyyət
din
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426130080_0:161:3071:1888_1920x0_80_0_0_316dbf29d7f43f00df96a544290ad75b.jpg
BAKI, 19 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aksiya keçirən qazilərlə bağlı məlumat yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, bu gün saat 11 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yaxınlığında toplaşan şəxslərdən yalnız 6 nəfəri nazirliyin qəbul şöbəsinə fərdi qaydada öz müraciətlərini edib.Müraciətlərin hər biri dərhal qeydə alınıb, dinlənilib. Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərinə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib.Digər şəxs isə ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü deyib, protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Protezləşmə üçün hazırlıq mərhələsi keçməli olduğu diqqətinə çatdırılıb. Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub.Bununla bağlı da onlara izahat verilib. Xatırladaq ki, bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Qeyd edilib ki, bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.***** Bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.Qeyd edilib ki, bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda, qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/03/426130080_170:0:2901:2048_1920x0_80_0_0_d5931c29258d6394a01d82df86030cd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qazi, din, əmək və əhalinin sosial müdafiə nazirliyi
qazi, din, əmək və əhalinin sosial müdafiə nazirliyi
Nazirlik etiraz aksiyası keçirən qazilərlə bağlı açıqlama yaydı
17:17 19.11.2021 (Yenilənib: 17:22 19.11.2021) Bu gün 26 qazi sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb.
BAKI, 19 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aksiya keçirən qazilərlə bağlı məlumat yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, bu gün saat 11 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yaxınlığında toplaşan şəxslərdən yalnız 6 nəfəri nazirliyin qəbul şöbəsinə fərdi qaydada öz müraciətlərini edib.
Müraciətlərin hər biri dərhal qeydə alınıb, dinlənilib. Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərinə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib.
Digər şəxs isə ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü deyib, protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Protezləşmə üçün hazırlıq mərhələsi keçməli olduğu diqqətinə çatdırılıb. Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub.
Bununla bağlı da onlara izahat verilib. Xatırladaq ki, bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib.
Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Qeyd edilib ki, bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.
Bu gün saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.
Qeyd edilib ki, bu zaman heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda, qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb.