https://sputnik.az/20211127/bakida-marsrut-avtobusuna-hucum-eden-adam-surucunun-basini-partlatdi-436725623.html
BNA avtobus sürücüsü ilə bağlı insident haqda: "İnzibati məsuliyyət yaradır"
BNA avtobus sürücüsü ilə bağlı insident haqda: "İnzibati məsuliyyət yaradır"
Sputnik Azərbaycan
Avtobusu dayanacaqdan kənarda saxlatdırmaq istəyən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb. 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T14:10+0400
2021-11-27T14:10+0400
2021-11-27T14:10+0400
hadisə
avtobus
binəqədi rayonu
xuliqan
https://cdnn1.img.sputnik.az/img/42216/87/422168766_0:0:3072:1728_1920x0_80_0_0_0f1d12aa4e2d878e12c5829e1afb10c0.jpg
BAKI, 27 noyabr — Sputnik. Bu gün “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur. Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb. Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntəqələrində olmalıdır. Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır".-----------12:06Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb. Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib. Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb. Xuliqanlıq əməlinə davam edən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb. Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib. Xəsarət alan sürücüyə tibbi yardın göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır.Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, fakt araşdırılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/87/422168766_310:0:3041:2048_1920x0_80_0_0_dea94017c55b28d7dd22392aca31f980.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus, binəqədi rayonu, xuliqan
avtobus, binəqədi rayonu, xuliqan
BNA avtobus sürücüsü ilə bağlı insident haqda: "İnzibati məsuliyyət yaradır"
Avtobusu dayanacaqdan kənarda saxlatdırmaq istəyən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb.
BAKI, 27 noyabr — Sputnik. Bu gün “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.
"Sərnişinin avtobusu dayanacaqdan kənarda saxlaması tələbinə əməl etməyən sürücünün təhqir olunaraq döyülməsini qəti şəkildə pisləyirik. Bu cür halların yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var.
Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntəqələrində olmalıdır. Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır".
Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb.
Sputnik Azərbaycan-ın APA-a istinadən məlumatına görə, 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib. Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb. Xuliqanlıq əməlinə davam edən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb.
Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib. Xəsarət alan sürücüyə tibbi yardın göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, fakt araşdırılacaq.