https://sputnik.az/20211210/koronavirusa-gore-qoyulan-daha-hansi-qadagalar-goturule-biler--437148031.html
Koronavirusa görə qoyulan daha hansı qadağalar götürülə bilər?
Koronavirusa görə qoyulan daha hansı qadağalar götürülə bilər?
Sputnik Azərbaycan
Millət vəkili bildirir ki, əhalinin çox hissəsi peyvənd olunub. Ona görə də bəzi qərarların yumşaldılmasına, bəzilərinin ümumiyyətlə aradan qaldırılmasına... 10.12.2021, Sputnik Azərbaycan
2021-12-10T22:06+0400
2021-12-10T22:06+0400
2021-12-10T22:06+0400
deputat
azərbaycan xəbərləri
məhdudiyyət
karantin
pandemiya
koronavirus
yumşalma
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425722343_0:0:3072:1728_1920x0_80_0_0_c2095b94d67d63841998c9ed62aeeaa8.jpg
BAKI, 10 dekabr — Sputnik. Dünən Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib. Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir.Koronavirus pandemiyasına görə metodiki göstəriklərə dəyişiklik artıq xeyli müddətdir ki, gündəmdədir. Mütəxəssislər pandemiyanın alovlanan dövründə qəbul edilmiş bəzi qərarların yumşaldılmasını, bir qisminin ləğv edilməsini mümkün sayırlar.Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinasiyanın sürətlə aparılması, eləcə də ölkəmizdə COVID-19-a yoluxma sayının yüksək həddə olmaması bəzi karantin qaydalarının yumşaldılmasını və aradan qaldırılmasını zəruri edir. Deputat deyir ki, pandemiyaya qoyulan qadağalar həmişə qüvvədə qala bilməz. F. Mustafa deyir ki, yoluxmaya ciddi təsiri olmayan qərarlar yumşaldılmalıdır: "Biz ictimai nəqliyyatın hərəkətinə həftəsonu qoyulan qadağanın aradan qaldırılmasını gündəmə gətirdikdən sonra bu qərar aradan qaldırıldı. Elə qadağalar var ki, onların aradan qaldırılmasının virusa yoluxmaya ciddi təsiri yoxdur. Amma insanlar bu qərarların iki ilə yaxındır ki, qüvvədə olmasından əziyyət çəkirlər. Bu məqamlar mütləq nəzərə alınmalı, koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə virusa yoluxma riski dəyərləndirilərək mütəmadi olaraq yenidən baxılmalıdır".Deputat deyir ki, yeni il ərəfəsi restoranlara qoyulan vaxt məhdudiyyətinə də yenidən baxıla bilər.Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağası kimi pandemiyanın alovlandığı dövrlərdə qoyulmuş məhdudiyyətlər bir-bir yenidən nəzərdən keçirilməlidir. Ə.Rüstəm bildirir ki, hazırda 10 milyondan çox doza vaksin vurulub: "Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 609 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 113 671 təşkil edir. Bu isə koronavirusa görə bəzi qərarların yumşaldılmasını, bir qisminin ləğv edilməsini zəruri edir. Amma təbii ki, hansı qərarların ləğv ediləcəyi, hansıların yumşaldılacağı ilə bağlı qərar özbaşına verilə bilməz. Bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunmalı, doğru qərar verilməlidir. Bu gün restoranlara qoyulan vaxt məhdudiyyətini aradan qaldırmaq, eləcə də vətəndaşların qəbulu ilə bağlı qadağan aradan götürmək məsələsinə yenidən baxmağa ehtiyac var. Amma təbii ki, insanlar bundan arxayınlaşmamalı, qoyulan qaydalara əməl etməlidirlər ki, sərt kartantin tədbirləri həyata keçirilməsin".Ticarət Mərkəzləri geyim satışı zamanı dəyişmə otaqlarından istifadənin aradan qaldırılmasının onların işinə müsbət təsir göstərəcəyini söyləyirlər. Tərgül Ticarət Mərkəzinin satıcısı Aytac Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, geyinmə otaqları bağlı olduğundan, alıcılar özlərinə uyğun ölçüdə geyim tapa bilmirdilər: Məlumat üçün bildirək ki, hazırda restoranlara pandemiya dövründə gecə saat 00:00-a qədər işləməyə icazə verilir. Restoran sahibləri bildirirlər ki, bu səbəbdən də onlara Yeni il şənliyi təşkil etmək sərf eləmir.Qeyd edək ki, bu ilin iyulun 16-dan ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağan edilmişdi. Bu, "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"də əksini tapmışdı. Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib. Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir. Bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.Eləcə də oxuyun:* Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi* Koronavirus xəstəsi çörək sexində aşkarlanıb* İtaliyada vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər* Azərbaycanın turizm sahəsi 2 milyard manat itirib, ancaq yenidən dirçəlməyə hazırdır
https://sputnik.az/20211209/ticaret-obyektlerindeki-qadagalardan-daha-biri-goturulur-437106108.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425722343_239:0:2970:2048_1920x0_80_0_0_645452995786092b4136363c6875cd04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
deputat, məhdudiyyət, karantin, pandemiya, koronavirus, yumşalma
deputat, məhdudiyyət, karantin, pandemiya, koronavirus, yumşalma
Koronavirusa görə qoyulan daha hansı qadağalar götürülə bilər?
Millət vəkili bildirir ki, əhalinin çox hissəsi peyvənd olunub. Ona görə də bəzi qərarların yumşaldılmasına, bəzilərinin ümumiyyətlə aradan qaldırılmasına ehtiyac var.
BAKI, 10 dekabr — Sputnik. Dünən Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib. Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir.
Koronavirus pandemiyasına görə metodiki göstəriklərə dəyişiklik artıq xeyli müddətdir ki, gündəmdədir. Mütəxəssislər pandemiyanın alovlanan dövründə qəbul edilmiş bəzi qərarların yumşaldılmasını, bir qisminin ləğv edilməsini mümkün sayırlar.
Millət vəkili
Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinasiyanın sürətlə aparılması, eləcə də ölkəmizdə COVID-19-a yoluxma sayının yüksək həddə olmaması bəzi karantin qaydalarının yumşaldılmasını və aradan qaldırılmasını zəruri edir. Deputat deyir ki, pandemiyaya qoyulan qadağalar həmişə qüvvədə qala bilməz.
"Elə qərarlar var ki, koronavirusun yeni yayıldığı vaxtda, yoluxma sayının kəskin olduğu dövrdə qəbul edilib. Pandemiyanın həmin dövründə o qərarların qəbul edilməsi vacib idi. Həmçinin həmin dövrdə əhalinin koronavirus əleyhinə vaksinasiyasına başlanılmamışdı. Amma əhalinin çox hissəsi peyvənd olunub. Ona görə də bəzi qərarların yumşaldılmasına, bəzilərinin ümumiyyətlə aradan qaldırılmasına ehtiyac var".
Fazil Mustafa
Millət vəkili
F. Mustafa deyir ki, yoluxmaya ciddi təsiri olmayan qərarlar yumşaldılmalıdır: "Biz ictimai nəqliyyatın hərəkətinə həftəsonu qoyulan qadağanın aradan qaldırılmasını gündəmə gətirdikdən sonra bu qərar aradan qaldırıldı. Elə qadağalar var ki, onların aradan qaldırılmasının virusa yoluxmaya ciddi təsiri yoxdur. Amma insanlar bu qərarların iki ilə yaxındır ki, qüvvədə olmasından əziyyət çəkirlər. Bu məqamlar mütləq nəzərə alınmalı, koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə virusa yoluxma riski dəyərləndirilərək mütəmadi olaraq yenidən baxılmalıdır".
Deputat deyir ki, yeni il ərəfəsi restoranlara qoyulan vaxt məhdudiyyətinə də yenidən baxıla bilər.
Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağası kimi pandemiyanın alovlandığı dövrlərdə qoyulmuş məhdudiyyətlər bir-bir yenidən nəzərdən keçirilməlidir.
Ə.Rüstəm bildirir ki, hazırda 10 milyondan çox doza vaksin vurulub: "Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 609 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 113 671 təşkil edir. Bu isə koronavirusa görə bəzi qərarların yumşaldılmasını, bir qisminin ləğv edilməsini zəruri edir. Amma təbii ki, hansı qərarların ləğv ediləcəyi, hansıların yumşaldılacağı ilə bağlı qərar özbaşına verilə bilməz. Bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunmalı, doğru qərar verilməlidir. Bu gün restoranlara qoyulan vaxt məhdudiyyətini aradan qaldırmaq, eləcə də vətəndaşların qəbulu ilə bağlı qadağan aradan götürmək məsələsinə yenidən baxmağa ehtiyac var. Amma təbii ki, insanlar bundan arxayınlaşmamalı, qoyulan qaydalara əməl etməlidirlər ki, sərt kartantin tədbirləri həyata keçirilməsin".
Ticarət Mərkəzləri geyim satışı zamanı dəyişmə otaqlarından istifadənin aradan qaldırılmasının onların işinə müsbət təsir göstərəcəyini söyləyirlər. Tərgül Ticarət Mərkəzinin satıcısı Aytac Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, geyinmə otaqları bağlı olduğundan, alıcılar özlərinə uyğun ölçüdə geyim tapa bilmirdilər:
"Paltar mütləq əyinə geyinilib alınmalıdır. Müştəri əyninə geyinməmiş bilmir ki, alacağı paltar onun əyninə gələcək, yoxsa yox. Müştəri daha çox paltarı geyinərkən ona yaraşıb-yaraşmadığına baxdıqdan sonra alır. Geyinmə otaqlarının bağlı olması səbəbindən biz müştərilərə belə bir şərait yarada bilmirdik. Bu isə satışa təsir göstərirdi".
Məlumat üçün bildirək ki, hazırda restoranlara pandemiya dövründə gecə saat 00:00-a qədər işləməyə icazə verilir. Restoran sahibləri bildirirlər ki, bu səbəbdən də onlara Yeni il şənliyi təşkil etmək sərf eləmir.
Qeyd edək ki, bu ilin iyulun 16-dan ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağan edilmişdi. Bu, "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"də əksini tapmışdı. Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib. Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir. Bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.
* Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi