CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hande Harmancı: Hələlik Azərbaycanda "Omikron" ştamına rast gəlinməyib

© Sputnik / Tarana KhudabakhshiyevaProfessor Hande Harmancı
Professor Hande Harmancı - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
ÜST nümayəndəsi bildirib ki, tələb olunan qoruyucu tədbirlərin hamısı "Omikron"dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir.
BAKI, 10 dekabr — Azərbaycanda ən son "Delta" ştamı aşkarlanıb. Hələlik Azərbaycanda "Omikron" ştamına rast gəlinməyib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da insanlar həmin ştamından əziyyət çəkirlər.
Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştam Azərbaycanda hələ də aşkarlanmasa da, bu "Omikron" variantının burada olmayacağı anlamına gəlməməlidir:
"Çünki dünyanın hər yerində "Delta" ştamı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim "Omikron" ştamına da aiddir. Çünki yeni ştam bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştama qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı "Omikron"dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir".
Həmçinin oxuyun:
* Yeni ştamma görə hansı ölkədən Azərbaycana giriş məhdudlaşdırıla bilər?
* "Omikron" ştammında insan geni aşkarlandı
* Əlbir olub bir ayı bir şir ilə... Valideynlər "buster" vaksin vurdurmağa məcbur edilirlər?
* Üç qurumdan "Omicron" ştammı ilə bağlı birgə bəyanat - Vaxt itirməyin
Xəbər lenti
0