CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlbir olub bir ayı bir şir ilə... Valideynlər "buster" vaksin vurdurmağa məcbur edilirlər?

© Sputnik / Murad OrujovAzərbaycanda vaksinasiya, arxiv şəkli
Azərbaycanda vaksinasiya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
“Buster” (3-cü doza) dozanın 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) vurulması tövsiyə olunur.
BAKI, 30 noyabr — Sputnik. Təhsil müəssisələrində çalışan müəllim və valideynlər koronavirusa görə yenidən vaksin olunmağa məcbur edilirlər. Sputnik Azərbaycan-a bu barədə valideynlər məlumat veriblər. Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan sakinlər bildiriblər ki, ərazidəki 192 saylı məktəbdə valideynlərdən ailə tərkibi haqqında arayış tələb olunur. Hərçənd ki, onlar bu arayışı dərs ili başlayanda məktəbə veriblər. Yenidən arayış almaq üçün ərazi üzrə Mənzil İstismar sahələrinə (MİS) müraciət edən valideynlərdən isə 3-cü doza peyvənd sənədi tələb edilir. Valideynlər bildirirlər ki, onlara vurulan ikinci doza vaksindən hələ 5 ay müddət keçməyib. Bu halda 3-cü doza vurula bilməz. Bununla belə, ərazi üzrə MİS-lər onlardan 3-cü doza vaksin sənədi tələb edir. Valideynlər MİS-lərin “buster” doza vaksin sənədi təqdim etməyənlərə arayış verilmədiyindən şikayətlənirlər.
Bakıxanov qəsəbəsi, Axundov küçəsi 13 ünvanında yerləşən 146 saylı MİS-dən Sputnik Azərbaycan-a bildirdilər ki, iki doza vaksin etdirən valideynlərə, uşaq ərazi üzrə MİS-də qeydiyyatdadırsa, arayış verilir. Hansı valideynin ikinci doza vaksinindən 5 ay keçibsə, onlardan 3-cü doza peyvənd sənədi tələb edilir. Bu da yoluxma riskinin qarşısını almaq məqsədi daşıyır. MİS-dən təhsil müəssisələrinin də valideynləri arayış üçün göndərməsinin səbəbinin elə məhz 3-cü doza vaksin vurdurmağa "təşviq" etmək məqsədi daşıdığını bildirdilər.
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.11.2021
SƏHİYYƏ
Koronavirusa qarşı unikal immunitet
192 saylı məktəbdən isə Sputnik Azərbaycan-a valideynlərdən ailə tərkibi haqqında arayışın yenidən tələb olunduğunu təsdiqlədilər. Bildirdilər ki, dərs ili yeni başlayanda ailə tərkibi haqqında arayış yığılsa da, yenidən valideynlərdən bu sənəd tələb olunur. Təhsil müəssisəsindən onlara belə bir göstəriş verildiyini, onlar da həmin göstərişin icra olunduğunu söylədilər. O ki qaldı 3-cü doza vaksin olmayan valideynlərə arayışın verilməməsinə, məktəbdən bildirdilər ki, bu artıq onların səlahiyyətində olan məsələ deyil...
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, “buster” (3-cü doza) dozanın 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) vurulması tövsiyə olunur: "Koronavirusun yeni ştammlarının yaranması isə “buster” dozanın əhəmiyyətini daha da artırır. Orqanizmdə yaranmış immunitetin zəifləməsinin qarşısını almaq üçün "buster" doza vacibdir. "Buster" doza qüvvətləndirici hesab edilir və koronavirusa qarşı yaranmış anticisimlərin uzunömürlü olmasını təmin edir".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavabda bildirilib ki, ölkəmizdə avqust ayından etibarən "buster" dozanın vurulmasına başlanılıb: "COVID-19 xəstəliyinə yoluxmuş və "İmmunitet" sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində "buster" doza vurdura bilər. "Buster" dozanı vurdurmaqla vətəndaş "İmmunitet" sertifikatının müddətini müddətsiz olaraq uzadır. Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər "buster" dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman "Peyvənd" sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq "İmmunitet sertifikatı"nı "Peyvənd sertifikatı" ilə əvəz edə bilər".
Частицы вируса SARS-COV-2 (розовые) - Sputnik Azərbaycan, 1920, 28.11.2021
DÜNYA XƏBƏRLƏRİ
Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
Göründüyü kimi, Səhiyyə Nazirliyi “buster” dozanın tibb işçiləri, yaşı 60-dan yuxarı olan, autoimmun xəstəlikləri olan şəxslərə vurulmasını tövsiyə etsə də, təhsil müəssisələrində bu yaş kateqoriyasına aid olmayan, heç bir autoimmun xəstəliyi olmayan şəxslərdən də “buster” doza tələb edir.
Qeyd edək ki, Hövsan məktəblərində də analoji hal müşahidə olunur. Sosial platformada yayılan məlumata görə, bu ərazidə yerləşən məktəblərdə çalışan işçiləri hətta məcburi 4-cü doza peyvənd vurdurmağa göndərirlər. Təhsil işçiləri isə 3-cü doza vaksini oktyabrın 29-da vurdurduqlarını söyləyirlər. Bununla belə, təhsil müəssisələri 4-cü doza vaksini də tələb edir. Buna əsas kimi, Azərbaycanda "Omikron" ştammının yayıldığı göstərilir. Halbuki rəsmi məlumata görə, bu ştamm Azərbaycanda qeydə alınmayıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvənd olunmaq hər birimizi koronavirusdan qorumaq üçün vacib olsa da, təhsil müəssisələri heç bir valideyni peyvənd olunmağa məcbur edə bilməz.
Eləcə də oxuyun:
* “Omikron” ştammı COVID-19-a təkrar yoluxma riskini artırır - ÜST
* Xəstəlikdən sonra 1-ci dozanı almışların peyvənd sertifikatı müddətsiz olacaq
* Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
Xəbər lenti
0