Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Prosesləri yubatmaqda Ermənistanın iki məqsədi var

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidKəlbəcər dəhlizi, arxiv şəkli
Kəlbəcər dəhlizi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Politoloqların fikrincə, Ermənistan müxalifətinin hakimiyyət üzərindəki basqıları onu boş-boş bəyanatlar verməyə vadar edir.
BAKI, 10 dekabr — Sputnik. Dekabrın 7-də Azərbaycan Xarici İşlər Nazirliyi iki bəyanat yaydı. Bəyənatların birində Ermənistan tərəfindən öhdəliklərini yerinə yetirmək tələb olunurdu. Digər bəyanat isə Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiaları üzrə tapşırığı ilə bağlı idi. BƏM Ermənistana azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. XİN-in ikinci bəyanatında Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarı alqışladığı və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırdığı qeyd olunur.
Sputnik Azərbaycan son baş verən siyasi hadisələrlə bağlı ekspertlərin də fikirlərini öyrənib. Ermənistanın BƏM-in qərarını yerinə yetirməsi üçün Azərbaycan nələr edə bilər? Ermənistan siyasi dairələrinin beynəlxalq görüşlərdə tutduğu mövqe ilə daxildə verdikləri açıqlamalar nə üçün uyğunsuzluq təşkil edir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov və Nazim Cəfərsoy fikirlərini bölüşüblər.
Politoloq Tural İsmayılov bildirib ki, XİN-in bəyanatları hazırkı situasiyada müstəsna əhəmiyyət kəsb edirdi. Onun sözlərinə görə, bu bəyanatlardan birincisi Ermənistan siyasi dairələrində Azərbaycan haqda aparılan böhtan kampaniyasına verilən cavab idi:
"Ermənistan XİN ölkə daxilindəki ictimai-siyasi xaosdan diqqəti yayındırmaq üçün müxtəlif böhtan xarakterli açıqlamalar verir. Azərbaycan tərəfi isə erməni tərəfinin qeyri-peşəkar diplomatlarının açıqlamalarını faktlarla ifşa edir. Ermənistanın da imzaladığı üçtərəfli bəyanatların əksinə açıqlamalar verməsi bu baxımdan daxili auditoriyaya yönəlmiş açıqlamalar kimi qiymətləndirilə bilər. Eyni zamanda Ermənistan müxalifətinin hakimiyyət üzərindəki basqıları onu boş-boş bəyanatlar verməyə vadar edir. Amma Azərbaycan XİN açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin işə düşməsi üçün anlaşmalara Ermənistan tərəfi özü qol çəkib. Bu baxımdan hansısa spekulyasiyalara ehtiyac yoxdur".
BƏM-in qərarları ilə bağlı da fikirlərini bölüşən politoloq deyib ki, Azərbaycan tərəfi otuz ilə yaxın davam edən işğal, Xocalı soyqırımı və tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş etnik soyqırımlarla bağlı etirazını bildirmişdi:
"Beynəlxalq təşkilatlar tərəfindən Ermənistan tərəfinin törətdiyi etnik soyqırımlarla bağlı hansısa işlər görülmürdü. Bu baxımdan BƏM-in Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırması tarixi hadisələrdən biridir. Bu baxımdan Azərbaycan XİN Haaqada verilən qərarı alqışladı. Bundan sonra Azərbaycan digər beynəlxalq arenalarda Haaqanın bu çağırışlarına istinad edə biləcək".
Politoloq Nazim Cəfərsoy bildirir ki, Ermənistan tərəfinin bəyanatları içinə düşdüyü problemlərlə yaxından əlaqəlidir:
"Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra iqtisadi, daxili siyasi və diplomatik cəbhədə çöküş içərisindədir. Ermənistan cəmiyyəti də məğlubiyyəti qəbullanmaq istəmir. Bu baxımdan Ermənistan siyasi hakimiyyəti ziddiyətli mövqe nümayiş etdirməli olur. Burada həm də prosesləri yubatmaq niyyəti aydın görünür və iki məqsəd güdülür. Birinci beynəlxalq aktorları prosesə cəlb etməklə Ermənistan üzərindəki təsiri azaltmağa çalışırlar. Digər tərəfdən erməni xalqını mövcud reallıqlarla barışdırmaq üçün həmlələr etmək məqsədi güdülür. Təbii ki, bu durum Azərbaycanın maraqlarına uyğun deyil".
"BƏM-in qərarına gəldikdə isə, bunu qarşılıqlı iddialar əsasında çıxarılmış qərar hesab edirəm. Azərbaycan və Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin nüfuzunu tam anlamı ilə qəbul etmirlər. Qərar haqqında isə onu deyə bilərəm ki, məhkəmə ikili standartını istifadə etdi. Məhkəmənin qərarı vəziyyəti bərabərləşdirmə xarakteri daşıyırdı. Qərar işğala məruz qalanla işğalçının durumunun eyniləşdirilməsinə bənzəyir. Bu baxımdan qərarı sağlıqlı hesab etmirəm", – deyə politoloq qeyd edib.
Eləcə də oxuyun:
* Azərbaycanın Ermənistana qarşı şikayətinə qarşıdakı illərdə baxılacaq
* Rəsmi Bakıdan Ermənistana qarşı iddia üzrə BMT məhkəməsinin qərarına reaksiya
* Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
* Paşinyanın bəyanatlarını oxuyun - Azərbaycan XİN-dən erməni diplomatlara
* Azərbaycanın beynəlxalq məhkəmələrdən gözləntiləri: haqq-ədalət yerini tapacaqmı?
Xəbər lenti
0