https://sputnik.az/20211209/turkiye-liresinin-keskin-ucuzlasmasi-psixoloji-tezyiq-yaradib---qtisadci-437085817.html
Türkiyə lirəsinin kəskin ucuzlaşması psixoloji təzyiq yaradıb - İqtisadçı
Türkiyə lirəsinin kəskin ucuzlaşması psixoloji təzyiq yaradıb - İqtisadçı
Sputnik Azərbaycan
Ekspert dollar alışının artmasının səbəblərindən danışıb, növbəti aylarda vəziyyətin necə olacağı ilə bağlı fikirlərini açıqlayıb. 09.12.2021, Sputnik Azərbaycan
2021-12-09T09:00+0400
2021-12-09T09:00+0400
2021-12-09T09:00+0400
dollar
iqtisadiyyat
mərkəzi bank
məzənnə
lirə
alış
https://cdnn1.img.sputnik.az/img/07e4/08/02/424588149_0:57:3077:1788_1920x0_80_0_0_529447bbcaaa58f087b219331658df81.jpg
BAKI, 9 dekabr — Sputnik/ Azərbaycanda dollar alışı artıb. Neft Fondu tərəfindən noyabrda valyuta hərracında 853,9 milyon dollar vəsait satılıb. Oktyabrda isə bu göstərici 539,9 milyon dollar olub, yəni noyabrda valyuta satışı 58,1% artıb. Bankların valyuta hərraclarında aldığı dolların həcmi ilə bərabər, əhalinin də banklardan aldığı dolların həcmi yüksəlib. Bu ilin oktyabr ayında banklar tərəfindən əhaliyə 159 milyon dollardan çox vəsait satılıb. Bu da sentyabr ayı ilə müqayisədə 63,86 milyon dollar və ya 66,9% çoxdur. Oktyabrda əhalinin dollar tələbi cari ilin fevralından bəri ən yüksək göstəricidir.Dollar alışının artmasının səbəbləriMəsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, dollara olan tələbin artmasının bir neçə səbəbi var:Qonşu ölkələrdə milli valyutalar kəskin dəyərdən düşərsə, bu, manatın üzərinə əlavə təzyiq yarada bilərNövbəti aylarda vəziyyət necə olacaq sualına ekspert belə cavab verib:"İnflyasiya yastıq altında olan dolları azaldır""Dolları yastıq altında saxlamağın əsas riski inflyasiyadır. Yastıq altında saxlamağın ən böyük itkisi, zərəri inflyasiyanın həcmidir. Yəni inflyasiya yastıq altında olan dolları azaldır. İnflyasiya yastıq altında olan pulu "yeyir". Əhali müxtəlif dollar alətlərinə yatırım edə bilər"-deyə iqtisadçı əlavə edib.Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir."Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur"Cari ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının sədri deyib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var.Onu da bildirək ki, 7 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 99,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.Həmçinin oxuyun:2022-ci ildə maliyyə sektorunu nə gözləyir?Lirənin ucuzlaşması manata təsir edəcəkmi - AMB-nin mövqeyiBanklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyirDevalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/02/424588149_8:0:2739:2048_1920x0_80_0_0_776e04d1df41f23e7881093147d34aa9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, mərkəzi bank, məzənnə, lirə, alış
dollar, mərkəzi bank, məzənnə, lirə, alış
Türkiyə lirəsinin kəskin ucuzlaşması psixoloji təzyiq yaradıb - İqtisadçı
Ekspert dollar alışının artmasının səbəblərindən danışıb, növbəti aylarda vəziyyətin necə olacağı ilə bağlı fikirlərini açıqlayıb.
BAKI, 9 dekabr — Sputnik/ Azərbaycanda dollar alışı artıb. Neft Fondu tərəfindən noyabrda valyuta hərracında 853,9 milyon dollar vəsait satılıb. Oktyabrda isə bu göstərici 539,9 milyon dollar olub, yəni noyabrda valyuta satışı 58,1% artıb. Bankların valyuta hərraclarında aldığı dolların həcmi ilə bərabər, əhalinin də banklardan aldığı dolların həcmi yüksəlib. Bu ilin oktyabr ayında banklar tərəfindən əhaliyə 159 milyon dollardan çox vəsait satılıb. Bu da sentyabr ayı ilə müqayisədə 63,86 milyon dollar və ya 66,9% çoxdur. Oktyabrda əhalinin dollar tələbi cari ilin fevralından bəri ən yüksək göstəricidir.
Dollar alışının artmasının səbəbləri
Məsələ ilə bağlı iqtisadçı
Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, dollara olan tələbin artmasının bir neçə səbəbi var:
"Birincisi, iqtisadiyyatda bərpaolunma prosesi gedir, idxal-ixrac əməliyyatları yenidən böyüyür. Həm də dollar və ya avroda idxal qiymətləri bahalaşıb. Bu da valyutaya olan tələbi artırır. Birinci səbəb iqtisadiyyatın bərpaolunmasıdır. İkinci səbəb psixoloji amil ilə bağlıdır. Son vaxtlar dolların digər dönərli valyutalara görə bahalaşması və Türkiyə lirəsinin kəskin ucuzlaşması psixoloji təzyiq yaradıb. Başqa sözlə, digər valyutaların dollar qarşısında ucuzlaşması manat üzərində psixoloji təzyiq yaradıb. Şirkətlərin, bankların xarici valyutada olan borclarının ödəmə müddəti də buna təsir edən amillərdir. Bu səbəblərdən dollara tələb artır".
Qonşu ölkələrdə milli valyutalar kəskin dəyərdən düşərsə, bu, manatın üzərinə əlavə təzyiq yarada bilər
Növbəti aylarda vəziyyət necə olacaq sualına ekspert belə cavab verib:
"Bir neçə ildir ki, "Nağdsız hesablaşmalar haqqında" qanunun qüvvədə olması, nəzarətin artması, eləcə də əhalidə manat yığımının az olması, dollar satışı üzərində məhdudiyyətlər növbəti aylarda dollara tələbin kəskin artmayacağını göstərir. Burada idxal da önəmli faktordur. Gələn il idxalın həcminin cari illə müqayisədə kəskin artacağı gözlənilmir. Ona görə də tələb artımı o qədər də əhəmiyyətli olmayacaq. Amma qonşu ölkələrdə milli valyutalar kəskin dəyərdən düşərsə, bu, manatın üzərinə əlavə təzyiq yarada və dollara tələb daha da arta bilər. Manatın taleyi sadaladığım faktorlarla yanaşı, əsasən neft və qazın qiymətindən asılıdır. Hazırda neftin qiyməti yüksəkdir. Gələn il də qiymətin 50 dollardan yuxarı olacağı gözlənilir. Bu da onu deməyə əsas verir ki, ölkənin tədiyə balansı ilə bağlı ciddi problem yaranmayacaq".
"İnflyasiya yastıq altında olan dolları azaldır"
"Dolları yastıq altında saxlamağın əsas riski inflyasiyadır. Yastıq altında saxlamağın ən böyük itkisi, zərəri inflyasiyanın həcmidir. Yəni inflyasiya yastıq altında olan dolları azaldır. İnflyasiya yastıq altında olan pulu "yeyir". Əhali müxtəlif dollar alətlərinə yatırım edə bilər"-deyə iqtisadçı əlavə edib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
"Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur"
Cari ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının sədri deyib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var.
Onu da bildirək ki, 7 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 99,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama