https://sputnik.az/20211029/devalivasiya-olacaqmi-elman-rustemovdan-aciqlama-434698406.html
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Sputnik Azərbaycan
Azərbaycan Mərkəzi Bankının sədri deyib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli... 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T13:20+0400
2021-10-29T13:20+0400
2021-10-29T17:24+0400
manat
iqtisadiyyat
maliyyə nazirliyi
azərbaycan milli bankı
dövlət neft fondu
https://cdnn1.img.sputnik.az/img/40352/63/403526310_0:94:1800:1107_1920x0_80_0_0_f641a67b0c73c4db375a42d3ac1188ca.jpg
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib:"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik.Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var.Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm".Qeyd edək ki, son günlər manatın yenidən ucuzlaşacağı, yanvardan 1 dolların 2 manat olacağı iddiaları ortaya atılıb. Medianın yazdığına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini gündəmə gətirib.Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.Onu da bildirək ki, 26 oktyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 74,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.21 oktyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 50,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.Həmçinin oxuyun:Azərbaycanda devalvasiya gözlənilir? Neftin ağ, manatın qara günləri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40352/63/403526310_100:0:1700:1200_1920x0_80_0_0_8c7c6dcf644451102f64f948370b95e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, maliyyə nazirliyi, azərbaycan milli bankı, dövlət neft fondu
manat, maliyyə nazirliyi, azərbaycan milli bankı, dövlət neft fondu
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
13:20 29.10.2021 (Yenilənib: 17:24 29.10.2021) Azərbaycan Mərkəzi Bankının sədri deyib ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var.
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib:
"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik.
Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var.
Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm".
Qeyd edək ki, son günlər manatın yenidən ucuzlaşacağı, yanvardan 1 dolların 2 manat olacağı iddiaları ortaya atılıb. Medianın yazdığına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini gündəmə gətirib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
Onu da bildirək ki, 26 oktyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 74,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
21 oktyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 50,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.