ELM

2022-ci ildə maliyyə sektorunu nə gözləyir?

© Sputnik / Murad OrujovManat və dollar, arxiv şəkli
Manat və dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
Son zamanlar kriptovalyuta sahəsini həm də dövlətlər tərəfindən maliyyələşən kiber qruplar hədəf alıb.
BAKI, 30 noyabr — Sputnik. "Kaspersky" maliyyə sahəsi üçün 2022-ci ilin kibertəhlükəsizlik proqnozunu hazırlayıb. Sputnik Azərbaycan-ın şirkətə istinadən məlumatına görə, ötən ilin vacib hadisə və trendlərinin təhlili, o cümlədən, mütəxəssislərin 2022-ci ildən gözləntiləri haqda məlumatlar şirkətin "2022-ci ildə maliyyə təşkilatları üçün kiber təhdidlər" hesabatında dərc olunub.
Əsas proqnozlar arasında hücumların kriptovalyutaya hədəfləndirilməsi, ümumilikdə kriptovalyuta sahəsi ilə bağlı yeni təhdidlər, ödəniş sistemlərinə hücumların sayında artım və mobil təhdidlərin mürəkkəbləşməsi yer alıb. Mütəxəssislərin fikrincə, ən böyük təhdidlər bu istiqamətlərdə yarana bilər:
Kriptovalyuta rəqəmsal aktiv olduğundan və onunla bağlı bütün əməliyyatlar onlayn baş verdiyindən o, istifadəçinin anonimliyini təmin edir. Bu hal isə öz növbəsində kiber dələduzları cəlb edir. Bununla yanaşı, son zamanlar kriptovalyuta sahəsini həm də dövlətlər tərəfindən maliyyələşən kiber qruplar hədəf alıb. Dünyada artıq kriptovalyuta biznesinə edilən hücum halları baş verib və mütəxəssislər güman edirlər ki, 2022-ci ildə belə yeni hücumları gözləmək olar.
Kriptovalyutaya hücumların getdikcə daha hədəfli olduğu bir vaxtda, kiber cinayətkarlar investorların aktivlərini oğurlamağın yeni üsullarını düşünməyə davam edirlər. 2022-ci ildə təcavüzkarlar "backdoor"-a (yoluxmuş kompüteri uzaqdan idarə etmə imkanı təqdim edən zərərli proqramlar) malik dələduzluq cihazlarının istehsalı və satışı ilə məşğul olacaqlar. Bu da sosial mühəndislik alətlərindən və digər maliyyə fırıldağı üsullarından aktiv istifadəyə yol açacaq.
"İnfostiler" yoluxmuş kompüterdən giriş məlumatları, istifadəçi adları, şifrələr kimi məlumatları toplaya bilən proqramlardır. Onların sadəliyi və əlverişliliyi, həmçinin maliyyə sahəsinə hücumlarda effektivliyi (ən azından ilkin mərhələdə məlumat toplanması üçün) onları kiber dələduzlar arasında daha da məşhurlaşdırır. Təcavüzkarlar bu proqramlardan qurban seçimi və sonrakı hədəf hücumlarının hazırlanması üçün istifadə edəcəklər.
Pandemiya fonunda mobil bankinq aktiv artım nümayiş etdirir. Bununla bağlı olaraq mütəxəssislər növbəti ildə banklar tərəfindən istifadə olunan təhlükəsizlik vasitələrindən yayınmağa qadir olan “Android” platformasındakı tətbiqləri hədəf alan, xüsusilə RAT (Remote Access Trojan - "uzaqdan giriş troyanı) növündən olan daha çox "bank troya"nının meydana çıxacağını gözləyirlər. “Android” üçün implantların yerli istehsalı bütün dünya üzrə yayılacaq.
"Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib ki, yola saldığımız il bir çox təşkilatlar üçün heç də asan olmayıb: "2021-ci ildə lokal kiber cinayətkarların qlobal hədəflərə və digər ölkələrdəki maliyyə bazarlarına hücum edərək öz coğrafiyalarını necə genişləndirdiyini də müşahidə etdik".
Qeyd edək ki, maliyyə sahəsi üçün proqnozlarla daha ətraflı buradan tanış ola bilərsiniz: https://securelist.com/cyberthreats-to-financial-organizations-in-2022/104974/.
Xəbər lenti
0