DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask rəsmi olaraq evsiz qaldı

© AP Photo / Mark J. Terrillİlon Mask
İlon Mask - Sputnik Azərbaycan, 1920, 09.12.2021
Abunə olmaq
BAKI, 9 dekabr — Sputnik. "Space X" şirkətinin yaradıcısı və baş direktoru İlon Mask Kaliforniyanın Hillsboro şəhərindəki villasını satdıqdan sonra rəsmən evsiz qalıb. Bu barədə Sputnik Azərbaycan "Fox News"-a istinadən xəbər verir.
Milyarder öz əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektarlıq əraziyə malik olan bu villa əvvəllər ştatdakı digər mülklərini satdığı üçün onun "son evi" idi.
Bundan əvvəl Mask bütün daşınmaz əmlakdan qurtulacağına öz vermişdi.
Medianın məlumatına görə, "Guignécourt" kimi tanınan əsrlik malikanənin Maskdan əvvəl də parlaq bir tarixi var idi.
Bu malikanə 1912-ci ildə "qızıl hərisliyi" dövrünün böyük sərvətinin kaliforniyalı varisi ilə evlənən Fransa qrafı Kristian de Qin tərəfindən inşa edilib.
Həmçinin oxuyun:
İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıb
Mask və Bezos "milyarderlər vergi"sinə etiraz ediblər
İlon Mask bəşəriyyətin aclıqdan xilası üçün “Tesla”nın səhmlərini satmağa hazırdır
Xəbər lenti
0