DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Müharibənin üç mümkün ocağı - WSJ yazır

© Sputnik / Стрингер / Mediabanka keçidОткрытие военных учений "Рэпид трайдент-2018" на Украине
Открытие военных учений Рэпид трайдент-2018 на Украине - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Ekspert bu fikirdədir ki, hərbi əməliyyat perspektivləri hər ötən gün daha da kəskinləşir.
BAKI, 8 dekabr — Sputnik. Wall Street Journal-ın şərhçisi Cerald Seyb ABŞ üçün əsl drama çevrilə biləcək üç artan hərbi konflikt riski barədə yazıb.
"ABŞ və müttəfiqləri təhlükəli dövrə gəlib çıxıblar - ola bilər ki, bir çox amerikalının düşündüyündən daha da təhlükəli dövrə", - müəllif yazır.
Mümkün konfliktlər sırasında müəllif ilk növbədə Rusiyanın Ukraynaya müdaxiləsini göstərir. Arqument qismində isə Rusiyanın Ukrayna sərhədinə hərbçiləri cəmləməsini göstərir.
İkinci qaynar nöqtə, onun fiukrincə, Çinin Tayvanda əməliyyat keçirməsi ola bilər.
"ÇXR sədri Si Cinpin Tayvanı Pekinin nəzarəti altına salmaq məqsədlərini aydın bəyan edən çinli liderlər sırasında sonuncudur", - məqalədə yazılıb.
Seybin fikrincə, üçüncü təhlükə İran nüvə proqramı üzrə danışıqların pozulmasıdır.
"Danışıqlarda aqressiv pozisiya və eyni zamanda uranın getdikcə daha çox zənginləşdirilməsi Tehranın ən azından nüvə həddinə çatmaq niyyətindən xəbər verir", - Seyb yazır.
O hesab edir ki, ABŞ İranın nüvə statusu ilə razılaşacaq, amma bu, çətin ki, İsrailin xoşuna gəlsin.
"Bunlar isə o deməkdir ki, hərbi əməliyyat perspektivləri hər ötən gün daha da kəskinləşir", - müəllif yekunlaşdırıb.
Bu yaxınlarda "The Washington Times" qəzeti yazmışdı ki, Amerikadakı infrastruktur Rusiya və Çinin elektromaqnit silahlarının hücumlarına tab gətirməyə bilər. Nəşrin məlumatına görə, ABŞ-da elektrik enerjisinin bir il kəsilməsi amerikalıların təxminən 90% -nin ölümünə səbəb ola bilər.
"Bu ölkələr bir gündə bizi diz üstə çökdürə bilər və eyni zamanda nə dəniz piyadaları, nə donanma, nə də Hərbi Hava Qüvvələri ilə döyüşməyə ehtiyac qalmayacaq", - ekspertlər hesab edirlər.
Eləcə də oxuyun:
* Əli ətəyindən uzun qayıtmaq - BAEA rəsmisinin İran açıqlaması
* Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
* İsraildən ABŞ-a kritik səfər: İranın taleyi həll ediləcək
Xəbər lenti
0