https://sputnik.az/20211205/srailden-abs-a-kritik-sefer-ranin-taleyi-hell-edilecek-436976387.html
İsraildən ABŞ-a kritik səfər: İranın taleyi həll ediləcək
İsraildən ABŞ-a kritik səfər: İranın taleyi həll ediləcək
Sputnik Azərbaycan
İsrailin Baş naziri Naftali Bennet deyib ki, İranın uranın zənginləşdirilməsində sürətlə irəliləməsinə qarşı başqa vasitələrdən istifadə etməyin vaxtıdır. 05.12.2021, Sputnik Azərbaycan
2021-12-05T21:28+0400
2021-12-05T21:28+0400
2021-12-05T21:28+0400
dünya xəbərləri
abş
israil
iran
mossad
iranın nüvə proqramı
https://cdnn1.img.sputnik.az/img/41478/14/414781427_0:285:5472:3363_1920x0_80_0_0_26b9f8f5f82859ccbc83b9fdd853141e.jpg
BAKI, 5 dekabr - Sputnik. İsrailin müdafiə naziri Benni Gantz və "Mossad" kəşfiyyatının rəhbəri David Barnea gələn həftə İranın uranın zənginləşdirilməsində irəliləyişini dayandırmaq üçün tədbirləri müzakirə etmək üçün Vaşinqtona səfər edəcəklər. Bu barədə Baş nazir Naftali Bennet yəhudi dövlətinin Nazirlər Kabinetinin həftəlik iclasında bəyanatla çıxışı zamanı məlumat verib.O deyib ki, yaxın günlərdə müdafiə naziri və Mossad direktoru bu məsələni (İranın nüvə proqramı) müzakirə etmək üçün Vaşinqtona səfər edəcək:Bundan əvvəl isə İngiltərə və İsrailin xarici işlər nazirləri Liz Trass və Yair Lapid bəyan ediblər ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün gecə-gündüz çalışacaqlar. Xarici işlər nazirləri İngiltərənin "Telegraph" qəzeti üçün əsasən İran məsələlərinə aid olan birgə məqalə yazıblar."Biz İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsi üçün gecə-gündüz çalışacağıq. Zaman daralır, bu da Tehranın ambisiyalarının qarşısını almaq üçün tərəfdaşlarımız və dostlarımızla sıx əməkdaşlığa ehtiyacı gücləndirir", - deyə məqalədə qeyd edilib.Nazirlər bildiriblər ki, bazar ertəsi İngiltərə və İsrail kibertəhlükəsizlik, texnologiya, ticarət və müdafiə sahəsində on il müddətinə saziş imzalayacaqlar.Məqalə İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası ilə bağlı danışıqların növbəti mərhələsi başlamazdan əvvəl dərc edilib. Noyabrın 29-dan başlayacaq mərhələ BHFP-nin bərpası və ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqların başlanmasından bəri yeddinci və bu ilin avqust ayında Prezident İbrahim Rəisinin administrasiyasının İranda hakimiyyətə gəlməsindən sonra birinci mərhələ olacaq.Bundan əvvəl Rəisinin sələfləri Vyanada bir sıra müzakirələr aparıblar və bu müzakirələr iyunun 20-də başa çatıb.Həmçinin oxuyun:Əli ətəyindən uzun qayıtmaq - BAEA rəsmisinin İran açıqlamasıİran danışmağa razıdır, ancaq tələbləri varİngiltərə və İsrail İranda nüvə silahının yaranmasına qarşı çıxıblar
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41478/14/414781427_304:0:5168:3648_1920x0_80_0_0_768567bbef7980a53a452919af7d671d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, israil, iran, mossad, iranın nüvə proqramı
abş, israil, iran, mossad, iranın nüvə proqramı
İsraildən ABŞ-a kritik səfər: İranın taleyi həll ediləcək
İsrailin Baş naziri Naftali Bennet deyib ki, İranın uranın zənginləşdirilməsində sürətlə irəliləməsinə qarşı başqa vasitələrdən istifadə etməyin vaxtıdır.
BAKI, 5 dekabr - Sputnik. İsrailin müdafiə naziri Benni Gantz və "Mossad" kəşfiyyatının rəhbəri David Barnea gələn həftə İranın uranın zənginləşdirilməsində irəliləyişini dayandırmaq üçün tədbirləri müzakirə etmək üçün Vaşinqtona səfər edəcəklər.
Bu barədə Baş nazir Naftali Bennet yəhudi dövlətinin Nazirlər Kabinetinin həftəlik iclasında bəyanatla çıxışı zamanı məlumat verib.
O deyib ki, yaxın günlərdə müdafiə naziri və Mossad direktoru bu məsələni (İranın nüvə proqramı) müzakirə etmək üçün Vaşinqtona səfər edəcək:
“Məqsədimiz Vyana danışıqlarının raundları arasında fürsət pəncərəsindən istifadə edərək ABŞ-dakı dostlarımıza məlumat verməkdir. İranın uranın zənginləşdirilməsində sürətlə irəliləməsinə qarşı başqa vasitələrdən istifadə etməyin vaxtıdır. İran öz pozuntularının əvəzini ödəməyə başlamalıdır".
Bundan əvvəl isə İngiltərə və İsrailin xarici işlər nazirləri Liz Trass və Yair Lapid bəyan ediblər ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün gecə-gündüz çalışacaqlar.
Xarici işlər nazirləri İngiltərənin "Telegraph" qəzeti üçün əsasən İran məsələlərinə aid olan birgə məqalə yazıblar.
"Biz İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsi üçün gecə-gündüz çalışacağıq. Zaman daralır, bu da Tehranın ambisiyalarının qarşısını almaq üçün tərəfdaşlarımız və dostlarımızla sıx əməkdaşlığa ehtiyacı gücləndirir", - deyə məqalədə qeyd edilib.
Nazirlər bildiriblər ki, bazar ertəsi İngiltərə və İsrail kibertəhlükəsizlik, texnologiya, ticarət və müdafiə sahəsində on il müddətinə saziş imzalayacaqlar.
Məqalə İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası ilə bağlı danışıqların növbəti mərhələsi başlamazdan əvvəl dərc edilib. Noyabrın 29-dan başlayacaq mərhələ BHFP-nin bərpası və ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqların başlanmasından bəri yeddinci və bu ilin avqust ayında Prezident İbrahim Rəisinin administrasiyasının İranda hakimiyyətə gəlməsindən sonra birinci mərhələ olacaq.
Bundan əvvəl Rəisinin sələfləri Vyanada bir sıra müzakirələr aparıblar və bu müzakirələr iyunun 20-də başa çatıb.