CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gündə Azərbaycan elminə iki itki üz verib

qərənfil - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Tarixçi alim Fəridə Məmmədova və Azərbaycan-sovet tarixçisi, etnoloqu və professoru Aydın Balayev vəfat ediblər.
BAKI, 8 dekabr — Sputnik. Tarixçi alim Fəridə Məmmədova vəfat edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, o, 85 yaşında uzun sürək xəstəlikdən vəfat edib.
İlk dəfə Fəridə Məmmədova tərəfindən Qafqaz Albaniyasında feodal münasibətlərinin genezisi problemi tədqiq olunubr. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut edib, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırıb. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq edib.
F.Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən edib, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq edib, Ermənistan dövlətinin Kiçik Asiyada mövcud olmasını sübut edib və Qarabağ tarixini yazıb.
Bu gün eyni zamanda Azərbaycan-sovet tarixçisi, etnoloqu və professoru Aydın Balayev də vəfat edib.
Balayev 19 noyabr 1956-cı ildə Bakı şəhərində doğulub. Tarixçi professor Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, 90-dək elmi əsərin müəllifidir. Aydın Balayev əsasən Azərbaycan Xalc Cümhuriyyəti dövrünü tədqiq edib.

Həmçinin oxuyun:

Tanınmış ifaçı vəfat etdi
Azərbaycanda film çəkən rusiyalı rejissor vəfat edib
Aleksandr Qradski dünyasını dəyişib
Xəbər lenti
0