Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış ifaçı vəfat etdi

© Photo : Xəzər TVGülağa Quliyev, arxiv şəkli
Gülağa Quliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
BAKI, 30 noyabr — Sputnik. Tanınmış nağara ifaçısı Gülağa Quliyev vəfat edib. Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, sənətçi 63 yaşında dünyasını dəyişib. Məlumata görə, Quliyev ürək-damar çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş.
Mərhum bu gün Buzovnada dəfn olunacaq.
Qeyd edək ki, Gülağa Quliyev bir sıra tanınmış ifaçılarla və müğənnilərlə tərəf müqabili olub. Onun populyar qarmon ifaçısı Avtandil İsrafilovla unudulmaz ifaları mövcuddur.
Dövrümüzün mahir nağara ifaçılarından olan Gülağa Quliyev hər zaman nağaranın onun həyatı olduğunu və onsuz yaşamaq mümkün olmadığını demişdi. Zöhrab Məmmədovdan dərs alan musiqiçi verdiyi açıqlamalarda da bildirirdi ki, xəstələnəndə də musiqinin, ritmin səsi onu sağaldır.
Xəbər lenti
0