Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aleksandr Qradski dünyasını dəyişib

© Sputnik / Илья Питалев / Mediabanka keçidЮбилейный вечер А. Пахмутовой
Юбилейный вечер А. Пахмутовой - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
В пятницу композитора экстренно доставили в московскую больницу с подозрением на инсульт.
BAKI, 28 noyabr - Sputnik. Rusiyalı məşhur müğənni və bəstəkar Aleksandr Qradski ömrünün 73-cü ilində dünyaya gözlərini əbədi olaraq yumub.
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Cümə günü müğənni insult şübhəsi ilə Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib. Bəstəkar əhvalının pisliyindən şikayət edib.
Sovet və Rusiya müğənnisi, şair və bəstəkar Aleksandr Qradski 1949-cu il noyabrın 3-də Çelyabinsk vilayətinin Kopeysk şəhərində dünyaya gəlib. Rusiyanın xalq artistidir (1999).
Yaradıcılığı 40-dan çox müxtəlif səpkili müsiqi əsərlərindən ibarət albomda əks olunub.
Qırxdan artıq bədii, sənədli və multiplikasiya filmlərinə yazılmış musiqinin müəlllifidir.
Qradski 2009-cu ildə məşhur "Usta və Marqarita" əsəri əsasında yazdığı və özünün də ariyalarını ifa etdiyi operanı tamaşaçılara təqdim edib.
Mərhum müğınni 2012-2015-ci illərdə Rusiyanın "Birinci" kanalında nümayiş olunan "Səs" televiziya mahnı yarışmasının münsifi olub.
Xəbər lenti
0