https://sputnik.az/20211208/azerbaycan-ve-turkiye-xn-rehberleri-ucterefli-beyanatlarin-icrasini-muzakire-edib-437070962.html
Azərbaycan və Türkiyə XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə edib
Azərbaycan və Türkiyə XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə edib
Sputnik Azərbaycan
Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir... 08.12.2021, Sputnik Azərbaycan
2021-12-08T14:36+0400
2021-12-08T14:36+0400
2021-12-08T14:36+0400
pakistan
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
islam əməkdaşlıq təşkilatı
ceyhun bayramov
üçtərəfli bəyanat
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/01/425353520_0:0:1024:577_1920x0_80_0_0_99ec59e41a5bc8a87cdf7e3c2513d7d8.jpg
BAKI, 8 dekabr — Sputnik. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.Xatırladaq ki, noyabrın 27-də də Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələr aparıb. Nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti ərəfəsində Aşqabadda görüşüblər.Üçtərəfli bəyanatQeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Üç ölkə liderinin 11 yanvar bəyanatıXatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.Həmçinin oxuyun:Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşləri davam etdirəcəklərBu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri bir araya gələcəklərSoçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmalRusiya Qarabağa sərmayə qoymaq istəyir - Prezident Əliyev Overçuku qəbul edibMoskvada Qarabağa dair üçtərəfli işçi qrupun iclası keçirilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/01/425353520_58:0:969:683_1920x0_80_0_0_5eed31611051b2c2934fc9c952504426.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pakistan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, islam əməkdaşlıq təşkilatı, ceyhun bayramov, üçtərəfli bəyanat, xarici işlər naziri ceyhun bayramov
pakistan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, islam əməkdaşlıq təşkilatı, ceyhun bayramov, üçtərəfli bəyanat, xarici işlər naziri ceyhun bayramov
Azərbaycan və Türkiyə XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə edib
Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
BAKI, 8 dekabr — Sputnik. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xatırladaq ki, noyabrın 27-də də Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələr aparıb. Nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti ərəfəsində Aşqabadda görüşüblər.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Üç ölkə liderinin 11 yanvar bəyanatı
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər -
həftəlik icmalRusiya Qarabağa sərmayə qoymaq istəyir -
Prezident Əliyev Overçuku qəbul edib