Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb

© Sputnik / Murad OrujovМатч отборочного цикла чемпионата мира 2022 между сборными Азербайджана и Ирландии
Матч отборочного цикла чемпионата мира 2022 между сборными Азербайджана и Ирландии - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Xəbərlərə abunə olun
Oyunlar Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək.
BAKI, 7 dekabr — Sputnik. Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Sputnik Azərbaycan Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib.
Hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei, Nurlan Mehdizadə (hamısı "Araz-Naxçıvan"), Cavad Məmmədov ("Neftçi"), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Xəzər Ağalızadə (U-19), Rafael Vilela ("Palma Futsal", İspaniya), Fineo De Araujo ("Sporting Paris", Fransa), Thiago Teles Martins ("ACCS FUTSAL", Fransa) və Everton Cardoso ("Levante U.D.", İspaniya) dəvət olunublar.
Qeyd edək ki, hər iki oyun Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.
Həmçinin oxuyun:
Futbol üzrə Dünya yığmasına kimlər daxil edilib?
Canni de Byazi sabah Azərbaycan millisinin baş məşqçiliyinə vida edə bilər
Azərbaycan yığmasından növbəti rüsvayçı məğlubiyyət
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала