https://sputnik.az/20211113/canni-de-byazi-sabah-azerbaycan-millisinin-bas-mesqciliyine-vida-ede-biler--435167141.html
Canni de Byazi sabah Azərbaycan millisinin baş məşqçiliyinə vida edə bilər
Canni de Byazi sabah Azərbaycan millisinin baş məşqçiliyinə vida edə bilər
Sputnik Azərbaycan
Sabah Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını bildirən italyan baş məşqçi deyib ki, "bu, onun sonuncu mətbuat konfransı ola... 13.11.2021, Sputnik Azərbaycan
2021-11-13T17:55+0400
2021-11-13T17:55+0400
2021-11-13T17:55+0400
idman
futbol
azərbaycan yığma komandası
azərbaycan yığması
bakı olimpiya stadionu
canni de byazi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427872638_0:135:3159:1912_1920x0_80_0_0_0cfa669cf99e8f52821e94cc1f9acbfe.jpg
BAKI, 13 noyabr - Sputnik. Bizim işimizi tək nəticələrlər dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbol hərəkatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik. Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib."Mənim və bizim ideyalarımız var. Nə istədiklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsa da, başa-baş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır", - italyan baş məşqçi deyib. Gənc oyunçularının çox olduğunu vurğulayan 65 yaşlı mütəxəssis azərbaycanlı futbolçuların Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıqlarını xatırladaraq deyib ki, buna baxmayaraq, bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparıblar:İtaliyalı baş məşqçi Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını söyləyib: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram.Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427872638_215:0:2944:2047_1920x0_80_0_0_064888e9294ef8e14b38e51a780ce275.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, azərbaycan yığma komandası, azərbaycan yığması, bakı olimpiya stadionu, canni de byazi
futbol, azərbaycan yığma komandası, azərbaycan yığması, bakı olimpiya stadionu, canni de byazi
Canni de Byazi sabah Azərbaycan millisinin baş məşqçiliyinə vida edə bilər
Sabah Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını bildirən italyan baş məşqçi deyib ki, "bu, onun sonuncu mətbuat konfransı ola bilər".
BAKI, 13 noyabr - Sputnik. Bizim işimizi tək nəticələrlər dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbol hərəkatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik.
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
"Mənim və bizim ideyalarımız var. Nə istədiklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsa da, başa-baş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır", - italyan baş məşqçi deyib.
Gənc oyunçularının çox olduğunu vurğulayan 65 yaşlı mütəxəssis azərbaycanlı futbolçuların Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıqlarını xatırladaraq deyib ki, buna baxmayaraq, bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparıblar:
"Bütün görüşlərdə vuruşmaq istəyirik. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-ə yaxın oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların çoxunu zədə səbəbindən itirdik".
İtaliyalı baş məşqçi Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını söyləyib: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram.
Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.