https://sputnik.az/20211207/tramp-putin-bayden-danisiqlarini-qeyri-beraber-oyun-adlandirdi-437023661.html
Tramp Putin-Bayden danışıqlarını qeyri-bərabər oyun adlandırdı
Tramp Putin-Bayden danışıqlarını qeyri-bərabər oyun adlandırdı
Sputnik Azərbaycan
Sabiq Prezidentin fikrincə, Putin və Çin sədri Si Cin Pinlə pozitiv münasibətlərə baxmayaraq, onun Moskva və Pekinə qarşı siyasəti Bayden Administrasiyasının... 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T13:23+0400
2021-12-07T13:23+0400
2021-12-07T13:23+0400
co bayden
putin
tramp
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427230746_0:0:3072:1728_1920x0_80_0_0_7e5f307a5c2f5411cc9506293b7c3ad1.jpg
BAKI, 7 dekabr — Sputnik. Birləşmiş Ştatların sabiq Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüşünü şərh edərkən danışıqları Vaşinqton üçün "qeyri-bərabər oyun" adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp "Newsmax" telekanalının efirində bildirib."Bu bizim ölkəmiz üçün qeyri-bərabər oyundur. <...> Bu oyunun keçirilməsinə imkan vermək lazım deyildi. Sanki "New England Patriots" (amerikan futbolu üzrə klub) klubunu məktəb komandasına qarşı çıxarmaqdır", - deyə ABŞ-ın sabiq prezidenti bildirib.Trampın fikrincə, Putin və Çin sədri Si Cin Pinlə pozitiv münasibətlərə baxmayaraq, onun Moskva və Pekinə qarşı siyasəti Bayden Administrasiyasının siyasətindən daha sərt idi.Qeyd edək ki, dekabrın 7-də ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında videozəng formatında görüş keçiriləcək.Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.Həmçinin oxuyun:Putinlə Baydenin görüşü nə vəd edir?Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratlarıRusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatıRusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdiPutin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədəPutin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427230746_323:0:3054:2048_1920x0_80_0_0_4a58b0faf1328c48a8e92d9945b33f2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, putin, tramp
Tramp Putin-Bayden danışıqlarını qeyri-bərabər oyun adlandırdı
Sabiq Prezidentin fikrincə, Putin və Çin sədri Si Cin Pinlə pozitiv münasibətlərə baxmayaraq, onun Moskva və Pekinə qarşı siyasəti Bayden Administrasiyasının siyasətindən daha sərt olub.
BAKI, 7 dekabr — Sputnik. Birləşmiş Ştatların sabiq Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüşünü şərh edərkən danışıqları Vaşinqton üçün "qeyri-bərabər oyun" adlandırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp "Newsmax" telekanalının efirində bildirib.
"Bu bizim ölkəmiz üçün qeyri-bərabər oyundur. <...> Bu oyunun keçirilməsinə imkan vermək lazım deyildi. Sanki "New England Patriots" (amerikan futbolu üzrə klub) klubunu məktəb komandasına qarşı çıxarmaqdır", - deyə ABŞ-ın sabiq prezidenti bildirib.
Trampın fikrincə, Putin və Çin sədri Si Cin Pinlə pozitiv münasibətlərə baxmayaraq, onun Moskva və Pekinə qarşı siyasəti Bayden Administrasiyasının siyasətindən daha sərt idi.
Qeyd edək ki, dekabrın 7-də ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında videozəng formatında görüş keçiriləcək.
Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.
Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.
Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə
birgə bəyanatıRusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi
Putin
Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib