SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi

© Sputnik / POOL / Mihail Mettsel / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Джо Байден (слева) перед началом российско-американских переговоров в расширенном составе на вилле Ла Гранж в Женеве
Президент РФ Владимир Путин и президент США Джо Байден (слева) перед началом российско-американских переговоров в расширенном составе на вилле Ла Гранж в Женеве - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
Rusiya və ABŞ liderlərinin görüşüşün beş saatadək davam edəcəyi ehtimal olunur, onun yekunlarına əsasən hər prezident ayrıca olaraq jurnalistlərin qarşısında çıxış edəcək.

BAKI, 16 iyun - Sputnik. Amerika və Rusiya nümayəndə heyətlərinin Cenevrədə geniştərkibli ikitərəfli görüşü başa çatıb.

Bu barədə Bloomberg Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. 

CNN telekanalının məlumatına görə, RF və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin danışıqları ümumilkdə 3,5 saat çəkib. 

-------

15:30

Cenevrədə Putinlə Baydenin geniş tərkibdə danışıqları başlayıb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.

Daha əvvəl RF və ABŞ prezidentləri Vladimir Putinlə Co bayden arasında ilk məhdud tərkibdə 2 saat çəkən danışıqlar başa çatıb. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Cenevrədə keçirilən görüş Bakı vaxtı ilə təxminən 15.30-da başlayıb. Plana görə görüş 16.30-da başa çatmalı idi və tərəflər geniş  tərkibdə məsələlərin müzakirəsinə keçməli idilər.

Astanada qarşılama, salamlaşma və fotosessiya

İsveçrə prezidenti Gi Parmelon La Qranj villasının astanasında Rusiya liderini qarşılayıb.

Putin İsveçrə prezidenti ilə əl ilə salamlaşaraq onunla ayaqüstü söhbət edib.

ABŞ prezidenti isə villaya Rusiya liderindən 12 dəqiqə sonra yaxınlaşıb. Onu da İsveçrə prezidenti Gi Parmelon qarşılayıb.

Rusiya, ABŞ və İsveçrə prezidentləri Vladimir Putin, Co Bayden və Gi Parmelon Cenevrədə Rusiya-ABŞ sammiti öncəsi sosial məsafə qorunmaqla birgə şəkil çəkdiriblər.

Liderlər şəkil çəkdirdikdən sonra məhdud heyətlə danışıqlara gediblər.

Gi Parmelon sammitdə Putin və Baydenə məhsuldar dialoq arzulayıb.

Sammitin gündəliyi və qrafiki

Rusiya prezidenti Vladimir Putin Cenevrəyə gəlib.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Yuri Uşakov, XİN başçısı Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, Rusiya SQ Baş qərargahının rəisi Valeri Gerasimov və XİN başçısının müavini Sergey Ryabkov daxildirlər.

Həmçinin dəvətlilər arasında RF prezidenti administrasiyası başçısının müavini Dmitri Kozak və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də var.

Burada La Qranj villasında Bakı vaxtı ilə 15:35-də Rusiya və ABŞ liderləri Vladimir Putinlə Co Baydenin ikitərəfli danışıqları başlayacaq. Daha sonra görüş geniş formatda davam edəcək.

Rusiya və ABŞ liderlərinin görüşüşün beş saat davam edəcəyi ehtimal olunur, onun yekunlarına əsasən hər prezident ayrıca olaraq jurnalistlərin qarşısında çıxış edəcək. Birgə mətbuat konfransı olmayacaq.

Sammitin gündəliyi məlumdur – strateji sabitlik, pandemiya, kibercinayətkarlıqla mübarizə, iqtisadi sferada əməkdaşlıq, iqlim, Arktika və regional münaqişələr - Ukrayna, Suriya, Liviya, Əfqanıstan və Qarabağ. Bundan əlavə, ikitərəfli münasibətlərin həll olunmamış məsələləri müzakirə olunacaq.

Sammitin nəticələrinə əsasən Rusiya liderinin İsveçrə prezidenti Gi Parmelonla görüşü gözlənilir.

 

Xəbər lenti
0