https://sputnik.az/20211204/putinle-baydenin-gorusu-ne-ved-edir-436951872.html
Putinlə Baydenin görüşü nə vəd edir?
Putinlə Baydenin görüşü nə vəd edir?
Sputnik Azərbaycan
Bayden: Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq. 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T18:14+0400
2021-12-04T18:14+0400
2021-12-04T18:14+0400
putin
rusiya
görüş
co bayden
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427231252_0:293:3069:2019_1920x0_80_0_0_84bdd53b9d3cb20425827009ade21ae7.jpg
BAKI, 4 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Co Bayden bəyan edib ki, Ukrayna ilə vəziyyətdə hər hansı "qırmızı xətləri" tanımaq niyyətində deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib."Mən heç bir qırmızı xətti qəbul etməyəcəm", - deyə Ağ Ev rəhbəri bildirib.Bayden Putinlə uzun söhbətə ümid etdiyini bildirib:"Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq".Qeyd edək ki, daha əvvəl Rusiya lideri Ukraynadakı vəziyyəti şərh edərkən "qırmızı xətlər" haqqında danışıb. Moskva üçün bu, qonşu ölkənin ərazisində silahların yerləşdirilməsi və dövlət təhlükəsizliyinə digər təhdidlər olacaq.Xatırladaq ki, daha əvvəl Rusiyanın "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ağ Evin rəhbəri Co Bayden dekabrın 7-də onlayn iclas keçirəcəklər.Daha əvvəl məlum olub ki, Rusiya və ABŞ liderləri iki sammit keçirməyi planlaşdırırlar. Onlardan biri 2021-ci ilin sonlarında onlayn formatda olacaq, 2022-ci ildə Putin və Bayden şəxsən görüşəcəklər.Görüşün formatıRusiya prezidentinin köməkçisi Dmitri Peskov Putin və Baydenin onlayn sammitinin formatının detallarını açıqlayıb. O bildirib ki, söhbət videokonfrans formatında əlaqədən gedir.Peskov deyib ki, tarix üzrə hər iki tərəfdən təkliflər var və onların arasında 7 dekabr tarixi də mövcudur, lakin hələlik tarixlər sinxronlaşdırılmayıb.Sammitə nədən ehtiyac yaranıbQeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ümid edir ki, Putin və Baydenin təması yaxın günlərdə baş tutacaq."Yaxın günlərdə iki prezident arasında təmas baş tutacaq. Dərhal deməliyəm ki, tarix hələ razılaşdırılmayıb. İki liderin təqvimlərini uyğunlaşdırmaqda çətinliklər var, lakin təmasa ehtiyac var. Bizim xeyli sayda problemimiz var", - deyə Ryabkov bildirib.Moskva ABŞ-ın RF və Birləşmiş Ştatlar prezidentlərinin təmaslarının cədvəllərini Ukraynada hadisələrin inkişafı ilə uyğunlaşdırdığını istisna etmir, lakin buna sakit yanaşır. Bu da RF XİN başçısının müavini Sergey Ryabkovun fikirləridir.O qeyd edib ki, prezidentlər Vladimir Putin və Co Baydenin təması hazırkı şəraitdə vəziyyətin pisliyə doğru getmədiyini, komandalara sabitləşmə üzərində işləmək göstərişi verildiyini göstərmək baxımından vacibdir.Ryabkov deyib ki, RF və ABŞ arasında hazırda Avropada gərginliyin azaldılmasına dair fikir birliyi yoxdur, aydındır ki, bu məsələ liderlərin hazırlanan görüşündə əsas mövzulardan olacaq."Təmas çox vacibdir, problemlərimiz artır. İkitərəfli məsələlərə dair hərəkət yoxdur və bu məsələlər daha çox kəskin böhran fazasında keçməkdədirlər. Avropada gərginliyi necə azaltmaq və digər məsələlər üzrə qarşılıqlı anlaşma yoxdur ", - Ryabkov bildirib."İşi digər istiqamətlər üzrə də qabağa aparmaq üçün öz komandalarına impuls verməlidirlər. Lakin Avropadakı vəziyyət böyük narahatlıq doğurur. Aydındır ki, bu prezidentlər səviyyəsində müzakirə olunmalı əsas mövzulardan olacaq", - o, əlavə edib.Rusiya liderinin sammitdən gözləntiləriRusiya prezidenti Vladimir Putin bu günlərdə bəyan edib ki, ABŞ və onun müttəfiqləri ilə danışıqlarda RF "NATO-nun şərqə doğru istənilən genişlənməsini və Rusiyaya təhdid yaradan silah sistemlərinin ölkə ərazisinin birbaşa yaxınlığında yerləşdirilməsini istisna edən konkret razılaşmaların hazırlanmasında" israr edəcək.Putinlə Baydenin Cenevrə görüşüQeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər. Eyni zamanda Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını da açıqlamışdılar.Həmçinin oxuyun:İsveçrə prezidentindən Putin və Baydenə özəl hədiyyəPutin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratlarıRusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatıRusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdiPutin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədəPutin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427231252_338:0:3069:2048_1920x0_80_0_0_6fc58210a88a5c5ee14c1ba8de878c4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, görüş, co bayden
Putinlə Baydenin görüşü nə vəd edir?
Bayden: Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq.
BAKI, 4 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Co Bayden bəyan edib ki, Ukrayna ilə vəziyyətdə hər hansı "qırmızı xətləri" tanımaq niyyətində deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib.
"Mən heç bir qırmızı xətti qəbul etməyəcəm", - deyə Ağ Ev rəhbəri bildirib.
Bayden Putinlə uzun söhbətə ümid etdiyini bildirib:
"Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq".
Qeyd edək ki, daha əvvəl Rusiya lideri Ukraynadakı vəziyyəti şərh edərkən "qırmızı xətlər" haqqında danışıb. Moskva üçün bu, qonşu ölkənin ərazisində silahların yerləşdirilməsi və dövlət təhlükəsizliyinə digər təhdidlər olacaq.
Xatırladaq ki, daha əvvəl Rusiyanın "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ağ Evin rəhbəri Co Bayden dekabrın 7-də onlayn iclas keçirəcəklər.
Daha əvvəl məlum olub ki, Rusiya və ABŞ liderləri iki sammit keçirməyi planlaşdırırlar. Onlardan biri 2021-ci ilin sonlarında onlayn formatda olacaq, 2022-ci ildə Putin və Bayden şəxsən görüşəcəklər.
Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Putin və Baydenin onlayn sammitinin formatının detallarını açıqlayıb. O bildirib ki, söhbət videokonfrans formatında əlaqədən gedir.
Peskov deyib ki, tarix üzrə hər iki tərəfdən təkliflər var və onların arasında 7 dekabr tarixi də mövcudur, lakin hələlik tarixlər sinxronlaşdırılmayıb.
Sammitə nədən ehtiyac yaranıb
Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ümid edir ki, Putin və Baydenin təması yaxın günlərdə baş tutacaq.
"Yaxın günlərdə iki prezident arasında təmas baş tutacaq. Dərhal deməliyəm ki, tarix hələ razılaşdırılmayıb. İki liderin təqvimlərini uyğunlaşdırmaqda çətinliklər var, lakin təmasa ehtiyac var. Bizim xeyli sayda problemimiz var", - deyə Ryabkov bildirib.
Moskva ABŞ-ın RF və Birləşmiş Ştatlar prezidentlərinin təmaslarının cədvəllərini Ukraynada hadisələrin inkişafı ilə uyğunlaşdırdığını istisna etmir, lakin buna sakit yanaşır. Bu da RF XİN başçısının müavini Sergey Ryabkovun fikirləridir.
O qeyd edib ki, prezidentlər Vladimir Putin və Co Baydenin təması hazırkı şəraitdə vəziyyətin pisliyə doğru getmədiyini, komandalara sabitləşmə üzərində işləmək göstərişi verildiyini göstərmək baxımından vacibdir.
Ryabkov deyib ki, RF və ABŞ arasında hazırda Avropada gərginliyin azaldılmasına dair fikir birliyi yoxdur, aydındır ki, bu məsələ liderlərin hazırlanan görüşündə əsas mövzulardan olacaq.
"Təmas çox vacibdir, problemlərimiz artır. İkitərəfli məsələlərə dair hərəkət yoxdur və bu məsələlər daha çox kəskin böhran fazasında keçməkdədirlər. Avropada gərginliyi necə azaltmaq və digər məsələlər üzrə qarşılıqlı anlaşma yoxdur ", - Ryabkov bildirib.
"İşi digər istiqamətlər üzrə də qabağa aparmaq üçün öz komandalarına impuls verməlidirlər. Lakin Avropadakı vəziyyət böyük narahatlıq doğurur. Aydındır ki, bu prezidentlər səviyyəsində müzakirə olunmalı əsas mövzulardan olacaq", - o, əlavə edib.
Rusiya liderinin sammitdən gözləntiləri
Rusiya prezidenti Vladimir Putin bu günlərdə bəyan edib ki, ABŞ və onun müttəfiqləri ilə danışıqlarda RF "NATO-nun şərqə doğru istənilən genişlənməsini və Rusiyaya təhdid yaradan silah sistemlərinin ölkə ərazisinin birbaşa yaxınlığında yerləşdirilməsini istisna edən konkret razılaşmaların hazırlanmasında" israr edəcək.
Putinlə Baydenin Cenevrə görüşü
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər. Eyni zamanda Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını da açıqlamışdılar.
İsveçrə prezidentindən
Putin və Baydenə özəl hədiyyə
Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə
birgə bəyanatıRusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi
Putin
Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib