DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İrana önəmli səfər - bu görüşləri səmimi müzakirələr adlandırırlar

© AFP 2024 / STRINGERTeheran
Teheran - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
BƏƏ danışıqları səmimi müzakirələr adlandırsa da, görüşlərin araşdırma xarakter daşıdığı iddia olunur.
BAKI, 6 dekabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin Ali Milli Təhlükəsizlik üzrə məsləhətçisi Şeyx Tahnun bin Ziyad əl Tahyan bu gün İrana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
BƏƏ-nin Xarici İşlər Nazirliyi səfərlə bağlı dərhal açıqlama verməyib.
Qeyd olunub ki, Şeyx Tahnun İrana səfər çərçivəsində İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşəcək.
2019-cu ildə Fars körfəzində BƏƏ-nin neft tankerlərinə hücumlar baş vermişdi. Sünni müsəlman dövləti olan BƏƏ apreldən etibarən bu məsələ ilə bağlı İranla birbaşa danışıqlara başlayıb. BƏƏ danışıqları səmimi müzakirələr adlandırsa da, görüşlərin araşdırma xarakter daşıdığı iddia olunur.
BƏƏ-nin rəhbərinin siyasi məsləhətçisi Ənvər Qarqaş ötən ay verdiyi açıqlamada bildirmişdi ki, bu danışıqlar İranla hərbi eskalasiyanın azaldılmasına yönəlib. Diplomatik danışıqlara üstünlük verdiyini bildirən BƏƏ tərəfi İrana qarşı cəbhələşmədən uzaq durduqlarını bildirib.
BƏƏ rəsmisinin səfəri həm də İran və ABŞ arasında 2015-ci il nüvə razılaşması ilə bağlı müzakirələrin keçiriləcəyi ərəfəyə təsadüf edir.
Xatırladaq ki, Birləşmiş Ştatlar 2018-ci ildə sazişdən çıxıb və İran o vaxtdan bəri nüvə proqramında fəallığını artırıb.
Prezident Co Bayden İranın müqaviləyə tam əməl edəcəyi təqdirdə yenidən pakta qoşulmaqda maraqlı olduğunu bildirib.
Eləcə də oxuyun:
* İsraildən ABŞ-a kritik səfər: İranın taleyi həll ediləcək
* İbrahim Rəisinin Aparat rəhbəri: "Təəssüf ki, son illərdə İranda qonşu ölkələr unudulub"
* Azərbaycan-İran parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə olunub
* İran-Əfqanıstan sərhədində gərginlik
Xəbər lenti
0