https://sputnik.az/20211201/ran-efqanistan-serhedinde-gerginlik-436859674.html
İran-Əfqanıstan sərhədində gərginlik
İran-Əfqanıstan sərhədində gərginlik
Sputnik Azərbaycan
BAKI, 1 dekabr — Sputnik. Əfqanıstanla İran sərhədindəki Nimroz əyalətində qarşıdurma olub. Əfqanıstanın Aamaj News agentliyi məlumat yayıb ki, taliblər iranlı... 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T23:35+0400
2021-12-01T23:35+0400
2021-12-01T23:35+0400
dünya xəbərləri
iran
taliban
əfqanıstan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434121694_0:0:3077:1731_1920x0_80_0_0_a7c9b0dacc1396bfdec31c864eecce6f.jpg
BAKI, 1 dekabr — Sputnik. Əfqanıstanla İran sərhədindəki Nimroz əyalətində qarşıdurma olub. Əfqanıstanın Aamaj News agentliyi məlumat yayıb ki, taliblər iranlı sərhədçilərlə vuruşaraq "Dust Mohammad" nəzarət-keçid məntəqəsini ələ keçiriblər. İranın Tasnim agentliyi isə fermerlərin Əfqanıstanla sərhədi pozmasının qarşıdurmaya səbəb olduğunu bildirib. Bir qədər əvvəl taliblərin nümayəndəsi Bilal Kərimi Tolo News telekanalına açıqlamasında gərginliyin ortadan qaldırıldığını deyib. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.Eləcə də oxuyun:* Taliban öz hökumətinin tanınması ilə bağlı ABŞ-la müzakirə etmək istədiyini bildirib* Taliblər qadınların olduğu televeriliş və teleserialların yayımını qadağan etdilər* Əfqanıstanda taliblərə qarşı partizan müharibəsi başlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0c/434121694_0:0:2729:2047_1920x0_80_0_0_7aa287d060deed4357a7cb89fadab183.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, taliban, əfqanıstan
iran, taliban, əfqanıstan
İran-Əfqanıstan sərhədində gərginlik
BAKI, 1 dekabr — Sputnik. Əfqanıstanla İran sərhədindəki Nimroz əyalətində qarşıdurma olub. Əfqanıstanın
Aamaj News agentliyi məlumat yayıb ki, taliblər iranlı sərhədçilərlə vuruşaraq "Dust Mohammad" nəzarət-keçid məntəqəsini ələ keçiriblər.
İranın
Tasnim agentliyi isə fermerlərin Əfqanıstanla sərhədi pozmasının qarşıdurmaya səbəb olduğunu bildirib.
Bir qədər əvvəl taliblərin nümayəndəsi
Bilal Kərimi Tolo News telekanalına açıqlamasında gərginliyin ortadan qaldırıldığını deyib. Onun sözlərinə görə, heç kim xəsarət almayıb.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.