https://sputnik.az/20211129/ngiltere-ve-srail-randa-nuve-silahinin-yaranmasina-qarsi-cixiblar-436766449.html
İngiltərə və İsrail İranda nüvə silahının yaranmasına qarşı çıxıblar
İngiltərə və İsrail İranda nüvə silahının yaranmasına qarşı çıxıblar
Sputnik Azərbaycan
İngiltərə və İsrailin xarici işlər nazirləri Liz Trass və Yair Lapid bildiriblər ki, İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsi üçün gecə-gündüz... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T12:40+0400
2021-11-29T12:40+0400
2021-11-29T12:40+0400
iran
dünya xəbərləri
israil
nüvə
ibrahim rəisi
rəisi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/05/425879124_0:30:1222:717_1920x0_80_0_0_28e4152b94d8c343762b0d97e3edcba2.jpg
BAKI, 29 noyabr — Sputnik. İngiltərə və İsrail İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün gecə-gündüz çalışacaqlar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin xarici işlər nazirləri Liz Trass və Yair Lapid bildiriblər.Xarici işlər nazirləri İngiltərənin "Telegraph" qəzeti üçün əsasən İran məsələlərinə aid olan birgə məqalə yazıblar."Biz İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsi üçün gecə-gündüz çalışacağıq. Zaman daralır, bu da Tehranın ambisiyalarının qarşısını almaq üçün tərəfdaşlarımız və dostlarımızla sıx əməkdaşlığa ehtiyacı gücləndirir", - deyə məqalədə qeyd edilib.Nazirlər bildiriblər ki, bazar ertəsi İngiltərə və İsrail kibertəhlükəsizlik, texnologiya, ticarət və müdafiə sahəsində on il müddətinə saziş imzalayacaqlar.Məqalə İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası ilə bağlı danışıqların növbəti mərhələsi başlamazdan əvvəl dərc edilib. Noyabrın 29-dan başlayacaq mərhələ BHFP-nin bərpası və ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqların başlanmasından bəri yeddinci və bu ilin avqust ayında Prezident İbrahim Rəisinin administrasiyasının İranda hakimiyyətə gəlməsindən sonra birinci mərhələ olacaq. Bundan əvvəl Rəisinin sələfləri Vyanada bir sıra müzakirələr aparıblar və bu müzakirələr iyunun 20-də başa çatıb.Həmçinin oxuyun:Əli ətəyindən uzun qayıtmaq - BAEA rəsmisinin İran açıqlamasıİran danışmağa razıdır, ancaq tələbləri var
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/05/425879124_135:0:1222:815_1920x0_80_0_0_b6ad717401b6f34d0b99c12e6f1daff8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, israil, nüvə, ibrahim rəisi, rəisi
iran, israil, nüvə, ibrahim rəisi, rəisi
İngiltərə və İsrail İranda nüvə silahının yaranmasına qarşı çıxıblar
İngiltərə və İsrailin xarici işlər nazirləri Liz Trass və Yair Lapid bildiriblər ki, İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsi üçün gecə-gündüz çalışacaqlar.
BAKI, 29 noyabr — Sputnik. İngiltərə və İsrail İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq üçün gecə-gündüz çalışacaqlar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin xarici işlər nazirləri Liz Trass və Yair Lapid bildiriblər.
Xarici işlər nazirləri İngiltərənin "Telegraph" qəzeti üçün əsasən İran məsələlərinə aid olan birgə məqalə yazıblar.
"Biz İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsi üçün gecə-gündüz çalışacağıq. Zaman daralır, bu da Tehranın ambisiyalarının qarşısını almaq üçün tərəfdaşlarımız və dostlarımızla sıx əməkdaşlığa ehtiyacı gücləndirir", - deyə məqalədə qeyd edilib.
Nazirlər bildiriblər ki, bazar ertəsi İngiltərə və İsrail kibertəhlükəsizlik, texnologiya, ticarət və müdafiə sahəsində on il müddətinə saziş imzalayacaqlar.
Məqalə İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası ilə bağlı danışıqların növbəti mərhələsi başlamazdan əvvəl dərc edilib. Noyabrın 29-dan başlayacaq mərhələ BHFP-nin bərpası və ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı danışıqların başlanmasından bəri yeddinci və bu ilin avqust ayında Prezident İbrahim Rəisinin administrasiyasının İranda hakimiyyətə gəlməsindən sonra birinci mərhələ olacaq. Bundan əvvəl Rəisinin sələfləri Vyanada bir sıra müzakirələr aparıblar və bu müzakirələr iyunun 20-də başa çatıb.