https://sputnik.az/20211104/ran-danismaga-razidir-ancaq-telebleri-var-434870868.html
İran danışmağa razıdır, ancaq tələbləri var
İran danışmağa razıdır, ancaq tələbləri var
Sputnik Azərbaycan
Əli Bağeri Kani bildirib ki, Mora ilə apardığı telefon danışığında İrana qarşı hüquqazidd və insanlıq əleyhinə olan sanksiyaların ləğvinə dair müzakirələrin... 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T13:16+0400
2021-11-04T13:16+0400
2021-11-04T14:01+0400
iran
dünya xəbərləri
tehran
vyana
ibrahim rəisi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032147_0:161:3070:1888_1920x0_80_0_0_1999e8e9dce7aed5181c6a2a5888a6df.jpg
BAKI, 4 noyabr — Sputnik. İran xarici işlər nazirinin köməkçisi Əli Bağeri Kani bildirib ki, nüvə proqramı ilə bağlı müzakirələr noyabrın 29-da Vyanada bərpa olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Twitter hesabında yazıb.Əli Bağeri Kani qeyd edib ki, müvafiq qərar birgə komissiyanın əlaqələndiricisi Enrike Moro ilə görüşdə əldə edilib:Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar ötən iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır. Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434032147_339:0:3070:2048_1920x0_80_0_0_b3d5194c2bf07c2aca7e48ec6891fc4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, tehran, vyana, ibrahim rəisi
iran, tehran, vyana, ibrahim rəisi
İran danışmağa razıdır, ancaq tələbləri var
13:16 04.11.2021 (Yenilənib: 14:01 04.11.2021) Əli Bağeri Kani bildirib ki, Mora ilə apardığı telefon danışığında İrana qarşı hüquqazidd və insanlıq əleyhinə olan sanksiyaların ləğvinə dair müzakirələrin noyabrın 29-da Vyanada keçirilməsinə dair ortaq fikrə gəliblər.
BAKI, 4 noyabr — Sputnik. İran xarici işlər nazirinin köməkçisi Əli Bağeri Kani bildirib ki, nüvə proqramı ilə bağlı müzakirələr noyabrın 29-da Vyanada bərpa olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Twitter hesabında yazıb.
Əli Bağeri Kani qeyd edib ki, müvafiq qərar birgə komissiyanın əlaqələndiricisi Enrike Moro ilə görüşdə əldə edilib:
"Mora ilə apardığım telefon danışığında İrana qarşı hüquqazidd və insanlıq əleyhinə olan sanksiyaların ləğvinə dair müzakirələrin noyabrın 29-da Vyanada keçirilməsinə dair ortaq fikrə gəldik".
Qeyd edək ki, bundan əvvəl Vyanada danışıqların 6 raundu keçirilib. Danışıqlar ötən iyunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanıb. Danışıqlardan məqsəd həm Vaşinqtonun, həm də Tehranın 2015-ci il nüvə sazişinin şərtlərinə qayıtmasıdır.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.