Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda naməlum kişi meyiti aşkar olunub

© AP Photo / Emilio MorenattiMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Abunə olmaq
Ölən şəxsin kimliyi məlum deyil. Meyit aşkar olunarkən üzərində göy cins şalvar və qara gödəkcə olub.
BAKI, 4 dekabr - Sputnik. Şabran rayonunda naməlum kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə hadisə dünən axşam saat 21:30 radələrində Quba-Bakı yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Ford Tranzit” markalı avtomobil 45-50 yaşlı piyadanı vuraraq öldürüb.
Qeyd edək ki, ölən şəxsin kimliyi məlum deyil. Meyit aşkar olunarkən üzərində göy cins şalvar və qara gödəkcə olub.
Həmin şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 733-06-06 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Həmçinin oxuyun:
Günün kriminal xronikası: Bu dəfə hədəf qəbiristanlıqlar oldu
Azərbaycanda amnistiya aktı necə icra olunur
Xəbər lenti
0