CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günün kriminal xronikası: Bu dəfə hədəf qəbiristanlıqlar oldu

© Sputnik / Murad OrujovPolis, arxiv şəkli
Polis, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Abunə olmaq
Goranboy RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirminlar kənd qəbristanlığındakı qəbirlərdən birinin ətrafına çəkilən dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
BAKI, 4 dekabr — Sputnik. Bu gün də kriminal xəbərlərsiz ötüşməyib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinə istinadən günün birinci yarısına aid kriminal xəbərlərin icmalını təqdim edir:
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
“Toyota” markalı bir avtomobilin sürücüsü şəhər sakinini mobil telefonunu oğurladı
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dekabrın 2-də Z.Bünyadov prospektində “Toyota” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini A.Rəsulovun mobil telefonunu əlindən alıb getməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Adıgözəlzadə idarə etdiyi “Toyota” markalı avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Qəbiristanlıqda xuliqanlıq
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi - qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Rabitə naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daşkəsən RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zəylik, Alunitdağ və Kəmərqaya kəndləri ərazisindən “AzTelecom” MMC-yə məxsus rabitə naqillərini oğurlamaqda şübhəli bilinən Daşkəsən şəhər sakinləri R.Əlizadə və S.Abbasova müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Qəbirlərdən birinin ətrafına çəkilən dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Goranboy RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirminlar kənd qəbristanlığındakı qəbirlərdən birinin ətrafına çəkilən dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən Qarasuçu kənd sakini, əvvəllər məhkum olunan K.Həsənov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmkəndlisi A.Bayramovla birgə müxtəlif vaxtlarda daha 6 qəbirin ətrafına çəkilmiş dəmir məhəccərləri oğurlaması da müəyyən edilib.
Əməliyyat tədbirləri ilə A.Bayramov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Salyanda işlədiyi mağazadan 63.000 manat pul oğurlayan şəxs saxlanılıb
Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs cari ilin sentyabr-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda mağazada tikinti materiallarının satışından əldə olunan pulların saxlanıldığı otağa paltarını dəyişmək adı ilə daxil olaraq ümumilikdə mağaza sahibinə məxsus 63.000 manat pulu gizli yolla oğurlamışdır.
Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Pandemiya qaydaları pozulub
Dekabrın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 213 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 206 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
2 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
105 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xəbər lenti
0