Azərbaycanda amnistiya aktı necə icra olunur
Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib.

Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Ümumilikdə sənədin 15 min nəfərə şamil olunması gözlənilir.

Sərəncamın icrası istiqamətində görülən işlərlə tanışlıq məqsədilə dekabrın 3-də bir neçə cəzaçəkmə müəssisəsinə media-tur təşkil edilib.

Həmin gün amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1, 2, 15, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun əməkdaşları, ictimaiyyətin təmsilçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Amnistiya aktı Vətən müharibəsində və digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, həmçinin Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslərə də şamil edilir.

Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.

Amnistiya aktı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi gözlənilir.

Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən dörd ayda başa çatdırılacaq.

Azərbaycanda son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub.