CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qızışmış" taksi sürücülərindən şikayətlər gəlir - DİN aydınlıq gətirdi

© Sputnik / Murad OrujovSükan arxasında sürücü, arxiv şəkli
Sükan arxasında sürücü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2021
Abunə olmaq
Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
BAKI, 4 dekabr — Sputnik. Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır. Maraqlıdır, həmin xanımlar üzləşdikləri belə hallarla bağlı polisə şikayət ediblərmi?
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov medianın sualını cavablandırarkən bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.
Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Həmçinin oxuyun:
Bakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıb
* Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi
* Taksi sürücülərinin başına oyun açan 18 yaşlı qız saxlanılıb
Xəbər lenti
0