Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıb

© Sputnik / Anar MustafayevTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib.
BAKI, 3 dekabr — Sputnik. Bakıda xanım sərnişin taksidə qısnamaya məruz qalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, taksi sürücüsü qadına çay içmək təklifi edib. Qadın da həmin şəxsə rədd cavabı verib. Lakin sürücü yenə də sərnişinə təkliflərini davam etdirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, görüntülər araşdırılıb.
O qeyd edib ki, həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb: "Onun barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin edilib".
"Taksi sürücülərinin bu və ya digər neqativ halları ilə bağlı mətbuata geniş məlumat veriləcək", - o vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Bakıda gənc aktrisa Lalə Süleymanova da taksidə seksual hərəkətlərə məruz qaldığı barədə məlumat vermişdi. 99-FD-996 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü "Şamaxinka"dan Masazır qəsəbəsinə müştəri aparıb. Aktrisa arxa oturacaqda bəylərin olacağını düşünərək ön tərəfdə əyləşib. Hər şey də bundan sonra baş verib. Əxlaqsız sürücü yolboyu cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər edib. Xanım sərnişin bunun fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb və həmin sürücünün hərəkətlərini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə Xırdalan şəhər polis idarəsinə müraciət edib.
Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova isə taksi sürücülərini aldatmaqla "ad çıxarıb". Gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəməyən, həmçinin müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olub geri qayıtmayan qızı polislər saxlayıblar.
Eləcə də oxuyun:
* Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi
* Taksi sürücülərinin başına oyun açan 18 yaşlı qız saxlanılıb
* Polis taksi sürücüsünün avtomobilinə xəsarət yetirdi? - İDDİA
Xəbər lenti
0