https://sputnik.az/20211204/qarabag-sabahi-darmadagin-edib-436963829.html
"Qarabağ" "Sabah"ı darmadağın edib
"Qarabağ" "Sabah"ı darmadağın edib
Sputnik Azərbaycan
Turun açılış oyununda "Keşlə" evdə "Səbail" üzərində qələbəni əldən verib - 2:2. Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ"... 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T20:14+0400
2021-12-04T20:14+0400
2021-12-04T21:30+0400
idman
qələbə
qarabağ futbolçuları
premyer liqa
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436683994_0:103:2000:1228_1920x0_80_0_0_d977352988485fc8998f14766764158e.jpg
BAKI, 4 dekabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, "Azərsun Arena"da "Qarabağ" "Sabah" komandasını qəbul edib.FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.Hesabı 16-cı dəqiqədə"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir açıb. 27-ci dəqiqədə Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vursa da, 35-ci dəqiqədə Filip Ozobiç Ağdam komandasını yenidən önə çıxarıb.Fasilədən sonra "Qarabağ" daha 3 qol vurub. 51-ci dəqiqədə Abdullah Zubir dubl edib. 77-ci və 90-cı dəqiqələrdə isə İbrahima Vadji uzun müddətdən sonra fərqlənərək, matçda son nöqtəni qoyub.Bu qələbədən sonra xalını 30-a çatdıran "Qarabağ" liderliyini davam etdirib və vaxtından əvvəl qış çempionu olub. "Sabah" isə 5 oyundan sonra və yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında ilk məğlubiyyətlə üzləşərək, 14 xalla 5-ci pillədə qalıb.Qeyd edək ki, turun açılış oyununda "Keşlə" evdə "Səbail" üzərində qələbəni əldən verib - 2:2. Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.Həmçinin oxuyun:Bu gün Premyer Liqada XIII tur başlanırAFFA Canni De Byazi ilə bağlı qərar verdi Fransa millisinin sabiq oyunçusu Messinin mükafat almasını qarət adlandırdı
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436683994_114:0:1887:1330_1920x0_80_0_0_ac71a45bcbc046bfc1ee587dd4af271e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qələbə, qarabağ futbolçuları, premyer liqa, azərbaycan
qələbə, qarabağ futbolçuları, premyer liqa, azərbaycan
"Qarabağ" "Sabah"ı darmadağın edib
20:14 04.12.2021 (Yenilənib: 21:30 04.12.2021) Turun açılış oyununda "Keşlə" evdə "Səbail" üzərində qələbəni əldən verib - 2:2. Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
BAKI, 4 dekabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, "Azərsun Arena"da "Qarabağ" "Sabah" komandasını qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.
Hesabı 16-cı dəqiqədə"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir açıb. 27-ci dəqiqədə Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vursa da, 35-ci dəqiqədə Filip Ozobiç Ağdam komandasını yenidən önə çıxarıb.
Fasilədən sonra "Qarabağ" daha 3 qol vurub. 51-ci dəqiqədə Abdullah Zubir dubl edib. 77-ci və 90-cı dəqiqələrdə isə İbrahima Vadji uzun müddətdən sonra fərqlənərək, matçda son nöqtəni qoyub.
Bu qələbədən sonra xalını 30-a çatdıran "Qarabağ" liderliyini davam etdirib və vaxtından əvvəl qış çempionu olub. "Sabah" isə 5 oyundan sonra və yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında ilk məğlubiyyətlə üzləşərək, 14 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Keşlə" evdə "Səbail" üzərində qələbəni əldən verib - 2:2. Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.