https://sputnik.az/20211203/kelbecerde-geoloji-axtaris-islerine-baslanilib-436925968.html
Kəlbəcərdə geoloji-axtarış işlərinə başlanılıb
Kəlbəcərdə geoloji-axtarış işlərinə başlanılıb
Sputnik Azərbaycan
Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar "Cengiz Holdinq" qrupuna daxil... 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T16:28+0400
2021-12-03T16:28+0400
2021-12-03T16:28+0400
kəlbəcər
elm
arxeoloji qazıntı
şərqi zəngəzur iqtisadi rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427387009_0:0:3243:1825_1920x0_80_0_0_33985222b9cf651eeb45ca0ad2876173.jpg
BAKI, 3 dekabr — Sputnik. İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik "Tutxun" təzahür sahəsində artıq geoloji-axtarış işlərinə başlanılıb.Sputnik Azərbaycan xəbər verir ki, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.Onun sözlərinə görə, "Zərqulu", "Qızılitən", "Qərbi Qızılitən" və "Qazıxanlı" sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.M.Babayev deyib ki, Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin "Cengiz Holdinq" qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb: "İmzalanan müqavilələrin predmeti məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir".Nazir qeyd edib ki, bu, eyni zamanda həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək.Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayıb. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış etdiyi forumun ana devizi "Zəfər Yolu"dur.Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər keçirilib.Həmçinin oxuyun:Qubadakı kütləvi məzarlıqla bağlı şübhələrdən biri silindiQədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri açıqlanıbAzad olunmuş Kəlbəcər ötən bir ildə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427387009_325:0:3056:2048_1920x0_80_0_0_eec9c205f56d6d109b18763b093edcce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kəlbəcər, arxeoloji qazıntı, şərqi zəngəzur iqtisadi rayonu
kəlbəcər, arxeoloji qazıntı, şərqi zəngəzur iqtisadi rayonu
Kəlbəcərdə geoloji-axtarış işlərinə başlanılıb
Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar "Cengiz Holdinq" qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb.
BAKI, 3 dekabr — Sputnik. İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik "Tutxun" təzahür sahəsində artıq geoloji-axtarış işlərinə başlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, "Zərqulu", "Qızılitən", "Qərbi Qızılitən" və "Qazıxanlı" sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.
M.Babayev deyib ki, Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin "Cengiz Holdinq" qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb: "İmzalanan müqavilələrin predmeti məhz işğaldan azad olunmuş ərazilərimizdə dağ-mədən fəaliyyətinin başlanmasıdır. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir".
Nazir qeyd edib ki, bu, eyni zamanda həmin ərazilərdə yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcək.
Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayıb. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış etdiyi forumun ana devizi "Zəfər Yolu"dur.
Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər keçirilib.
Qubadakı kütləvi məzarlıqla bağlı şübhələrdən biri silindi
Qədim Qəbələdə
arxeoloji tədqiqatların yeni nəticələri açıqlanıb