https://sputnik.az/20211104/polis-taksi-surucusunun-avtomobiline-xesaret-yetirdi---dda-434889604.html
Polis taksi sürücüsünün avtomobilinə xəsarət yetirdi? - İDDİA
Polis taksi sürücüsünün avtomobilinə xəsarət yetirdi? - İDDİA
Sputnik Azərbaycan
Kürəkəni iddia edir ki, polis əməkdaşları qaynatasının avtomobilinə xəsarət yetirib. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T18:16+0400
2021-11-04T18:16+0400
2021-11-04T18:16+0400
dyp
azərbaycan xəbərləri
lənkəran
polis
içki
taksi sürücüsü
https://cdnn1.img.sputnik.az/img/42291/89/422918981_0:0:2000:1125_1920x0_80_0_0_8a9bf049e43e1ec8b0623ee395dbf7c0.jpg
BAKI, 4 noyabr — Sputnik. Lənkəran şəhər sakini, taksi sürücüsü Allahverdiyev Elşad Cəbrayıl oğlu yol polisi əməkdaşlarından şikayətlidir. Sputnik Azərbaycan-a bu barədə məlumat verən sürücünün kürəkəni Sadiq Əlizadə deyir ki, qaynatası içkili olmadığı halda polis əməkdaşları tərəfindən saxlanılıb:Şikayətçinin iddiasına görə, bundan sonra sürücüdən maşının açarları tələb olunub:Şikayətçinin sözlərinə görə, qaynatası polislərin onu saxladığı vaxtda dərhal Lənkəran şəhəri Narkoloji Dispanserinə gedərək orada test verib və bunun nəticəsini polis əməkdaşlarına təqdim edib:Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bunları deyib:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42291/89/422918981_227:0:2000:1330_1920x0_80_0_0_8a4dc593bf80b244fe0d33dfd026a212.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, lənkəran, polis, içki, taksi sürücüsü
dyp, lənkəran, polis, içki, taksi sürücüsü
Polis taksi sürücüsünün avtomobilinə xəsarət yetirdi? - İDDİA
Kürəkəni iddia edir ki, polis əməkdaşları qaynatasının avtomobilinə xəsarət yetirib.
BAKI, 4 noyabr — Sputnik. Lənkəran şəhər sakini, taksi sürücüsü Allahverdiyev Elşad Cəbrayıl oğlu yol polisi əməkdaşlarından şikayətlidir. Sputnik Azərbaycan-a bu barədə məlumat verən sürücünün kürəkəni Sadiq Əlizadə deyir ki, qaynatası içkili olmadığı halda polis əməkdaşları tərəfindən saxlanılıb:
"Qaynatam elə yaşadığı mənzilin qarşısında, Kamal Kazımov küçəsində 99YP572 nömrə nişanlı avtomobillə yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Cihazla onun içkili olub-olmaması bir neçə dəfə yoxlanılıb. Öncə bəlli olub ki, o içkili deyil. Sonradan, sonuncu dəfə yoxlama zamanı isə polislər iddia edib ki, cihaz çox cüzi miqdarda onun içkili olduğunu göstərir".
Şikayətçinin iddiasına görə, bundan sonra sürücüdən maşının açarları tələb olunub:
"Açarı tələb edib deyiblər ki, ver onu cərimə meydançasına aparaq, sürücü də açarı verməyib ki, içkili deyiləm. Polislər maşına xətər yetirib. Beləcə maşını evakuator ilə cərimə meydançasına aparıblar, akt isə tərtib olunmayıb. Qaynatam yaşlı, xəstə kişidir. Bu gün bölməyə gedəndə deyib ki, maşınımı verin, yoxsa qazancım olmur. İdarədəki Rəsul adlı polis əməkdaşı öncə onun işinin məhkəməyə göndərildiyini, sonradan isə bunun zarafat olduğunu deyib. Əməkdaş "gəl bu məsələni aramızda həll edək", deyə təklif verib".
Şikayətçinin sözlərinə görə, qaynatası polislərin onu saxladığı vaxtda dərhal Lənkəran şəhəri Narkoloji Dispanserinə gedərək orada test verib və bunun nəticəsini polis əməkdaşlarına təqdim edib:
"Sənəddə də onun içkili olmadığı göstərilib. Lakin polis əməkdaşları bunu qəbul etməyiblər. Elə "gəl aramızda həll edək" deyiblər".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru
Məhəmməd Rzayev Sputnik Azərbaycan-a açıqlamasında bunları deyib:
"Əgər vətəndaşın belə iddiası varsa və bu iddianı təsdiqləyəcək sənəd varsa, müvafiq qaydada Lənkəran rayon Polis Şöbəsinə təqdim etsin. Məsələ araşdırılacaq".