NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Virusdan "qorxan" neft və düzgün strategiya axtaran OPEC+ - bu gün iki iclas var

© REUTERS / LEONHARD FOEGEROPEC-in loqosu
OPEC-in loqosu - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
BAKI, 2 dekabr - Sputnik. OPEC+ cümə axşamı, dekabrın 2-də bir neçə iclas keçirərək yanvar ayında neft hasilatının məhdudlaşdırılması üzrə razılaşmanın parametrlərini müəyyənləşdirəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da OPEC+ nazirlərinin monitorinq komitəsinin iclası olacaq. Onlar neft bazarı üzrə texniki komitənin ekspertlərinin hesabatını araşdıraraq alyansın ümumi iclası üçün tövsiyələrini hazırlayacaqlar. Bundan bir saat sonra isə bütün OPEC+ nümayəndələrinin başçılarının videokonfrans formatında iclası planlaşdırılır.
Bu ərəfədə OPEC-in iclası keçirilsə də, gözlənildiyi kimi, təşkilatın üzvləri OPEC+ razılaşmasının parametrləri üzrə öz mövqeləri barədə heç bir qərar qəbul etməyiblər.

Noyabrın 4-də OPEC+ ölkələri nazirlərinin iclasının yekunu əsasında sutkalıq neft hasilatını yavaş-yavaş 400 min barelə kimi artırmaq barədə qərar verilib.
Covid 19 şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2021
TƏHLİL
Qorxu amili: “Omikron” nefti çökdürüb, növbə rublundur
Ancaq COVID-19-un yeni ştammı - "omikron"un peyda olması ilə neft bazarını yenə dərd alıb: virus tələb və təklif balansına necə təsir edəcək və OPEC+ hansı strategiyanı seçməılidir. Alyansın gündəliyinə daha bir məsələ salına bilər - qiymətlərin endirilməsi üçün strateji neft ehtiyatlarının satışına başlayan nəhəng idxalatçıların, o cümlədən ABŞ-ın planlarının mümkün nəticələri.
OPEC+-un çərşənbə günü KİV-lərdə yayılan daxili hesabatına görə, "omikron" ştammının əsas təsiri aviadaşımalarda gözlənilir. Eyni zamanda Alyans dünya bazarında 2022-ci ilin ilk üç ayı ərzində neft profisitinin artımını proqnozlaşdırır. Hesabata görə, yanvar ayında izafi neft həcmi sutkada 2 milyon barel, fevralda 3,4 milyon, martda 3,8 milyon barelədək artacaq.

Bu arada OPEC+ liderlərindən sayılan Səudiyyə Ərəbistanı və Rusiya COVID-19-un yeni ştammı ilə bağlı riskləri dəyərləndiriblər. Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Salman Əl Səud deyib ki, omikron ştammının enerji bazarına təsirinə görə narahatlıq keçirmir.

Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Moskva təcili tədbirlərə ehtiyac duymur. Alyans üzrə partnyorları isə onunla məsləhətləşmə aparmayıblar.
Eləcə də oxuyun:
* Professor: İqtisadiyyatda yığılıb qalmış problemlərin səbəbi pandemiyanın üzərinə yıxılır
* Avropada təbii qazın qiyməti yenə "uçdu"
* Dünya "lock down"lardan bezib: Koronavirusun yeni ştammı neftin qiymətinə təsir etdi
Xəbər lenti
0