Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"İnqilabi dəyişikliklər olub". Ekspert təhsildə görə bilmədiklərimizi anladır

© Depositphotos.com / AlphaspiritŞagird, arxiv şəkli
Şagird, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Təhsil eksperti bu qənaətdədir ki, bütün dərsliklərin materialları və strukturu birmənalı olaraq dəyişdirilməlidir fikri yanlışdır.
BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə bağlı ölkə başçısı 2013-cü ildə Sərəncam imzalamışdı.
Strategiyada bir sıra nüanslar nəzərdə tutulurdu. Bundan irəli gələrək qeyd olunurdu ki, ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.
Strategiya qəbul olunanda qarşıya ciddi hədəflər qoyulmuşdu və burada əsas məqsəd Azərbaycan təhsilində davamlı və dayanıqlı inkişafı təmin etmək idi.
Maraqlıdır, ötən illərdə bu hədəflərdən hansı reallaşdırıldı? Sputnik Azərbaycan mövzunu təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Vəzifədə irəliləyiş

- 2013-cü ildən sonra hansı dəyişikliklər oldu?
- Azərbaycanın təhsil sistemində 2013-cü ildən sonra inqilabi dəyişikliklər oldu. Hədəflərdən biri vəzifədə irəliləyişin təmin edilməsi idi. Vəzifələr üzrə şəffaf, adekvat müsahibələr, müsabiqələr keçirildi. Azərbaycan təhsilinin beynəlxalq rəqabətliliyinin artırılması məqsədilə olimpiada və bu tipli yarışlarda uğurların qazanılması üçün mərkəzlərin yaradılması hədəf qoyulmuşdu, buna da nail ola bildik. Bundan başqa, ali təhsildə şəffaflıq və Boloniya sisteminə qoşulma təmin edildi.
Nobel mükafatı laureatı, türk əsilli Aziz Sancar - Sputnik Azərbaycan, 1920, 01.12.2021
PAYTAXT XƏBƏRLƏRİ
Elm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatı

Hədəflərdən biri dərsliklərlə bağlı müəyyən işlərin görülməsi idi

- Bu istiqamətdə də böyük işlərin görüldüyünü deyə bilərik. Ali təhsil ixtisaslarının müasir dövrün tələblərinə uyğunlaşması istiqamətində son 7 il ərzində böyük işlər görülüb. Mətəbəqədər təhsilə cəlbedilmədə faizin yüksəldilməsi də hədəf olaraq ortaya qoyulub. Bu gün məktəbəqədər yaşda olan uşaqların 85 faizi müvafiq təhsilə cəlb edilə bilir. Bu da böyük bir uğurdur. Hədəf olaraq 12 illik təhsilə keçidin olması nəzərdə tutulsa da, bu istiqamətdə hələ də ciddi addım ata bilməmişik.
- Müəllimlərin işə qəbulu imtahanından (MİQ) da danışaq. Bəzi hallarda bu cür imtahanların keçirilməsinə zərurətin olmaması haqda fikirlər eşidirik.
- Ali təhsilli olmaq orta məktəbdə birbaşa işləməyə hüquq vermir. MİQ imtahanlarının keçirilməsinə ehtiyac yoxdur demək yanlış yanaşmadır. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş imtahanlar üçün 8 min vakant yer elan olunur və 60 min sənəd verilir. 60 min şəxsin 8 minlik yerə yerləşdirilməsi birmənalı olaraq mümkün deyil. Buna görə də ən hazırlıqlı və bacarıqlı olanlar seçilməlidir. MİQ imtahanlarının keçirilməsində də əsas məqsəd budur. Bu imtahanlar eyni zamanda prosesin şəffaflığına imkan verir. Çünki 2013-cü ilədək müəllimlərin işə qəbulu prosesində şəffaflıq yox idi. Hesab edirəm ki, MİQ imtahanlarının daha da təkmilləşdirilməsinə ehtiyac var. Onu da vurğulayım ki, ali təhsil məktəblərində plan yerlərində dövlət sifarişlərinin 50 faizə çatdırılması, müəllimlərin keyfiyyət göstəricilərinin artırılması da hədəflər sırasında yer alıb.
Lalə müəllimə - Sputnik Azərbaycan, 1920, 30.10.2021
CƏMİYYƏT
Kəndə düşmüş şəhərli müəllimin etirafları: "Son iki il onları məktəbə qoymurlar"

Dünya ölkələri arasında 69-cu pillə

- Hansı irəliləyişlər var?
- Baxın, Təhsil Nazirliyinə tabe 5 min 300 qrup var. 4 min 432 məktəb, 1.6 milyon şagird, 250 mindən çox tələbə var. 200 minə yaxın isə müəllim var. Ümumilikdə bu sistemdə çalışanların heyəti böyük olduğu üçün birdən-birə inqilabi islahatların aparılması mənfi tendensiyaya gətirib çıxara bilər. Düşünürəm ki, 15-18 il davamlı olaraq təhsildə islahatlar həyata keçirilərsə, reytinq əldə etmək olar. Bu gün beynəlxalq qiymətləndirilmələrdə Azərbaycan öncəki illərlə müqayisədə irəliləyib. Azərbaycan təhsil sisteminə görə dünya ölkələri arasında 69-cu yerdə qərarlaşıb. Bu da əsasən üç göstəriciyə görə müəyyənləşib: ölkələrdə təhsil sisteminin inkişaf səviyyəsi, təhsilin keyfiyyəti və həmin ölkələrdə şəxslərin ölkə daxilində oxuyub-oxumamaq istəyi. Düşünürəm ki, yenə də islahatların aparılmasına ehtiyac var. Bundan başqa, təhsil sistemində ciddi şəkildə kadr islahatlarına getməliyik.
- Dərsliklərin materialları ilə bağlı nə etmək gərəkdir?
- Bütün dərsliklərin materialları və strukturu birmənalı olaraq dəyişdirilməlidir fikri yanlışdır. Sadəcə olaraq biz müasir dövrün innovativ yeniliklərini ali məktəblərə gətirə bilmirik. Hesab edirəm ki, bunu etsək, müasir dövrün tələblərinə uyğun kadr hazırlaya bilərik. Son 20 ildə ali təhsil məktəblərinin mühazirə mətnlərində, demək olar ki, heç bir dəyişiklik yoxdur. Təbii, bu o demək deyil ki, 80-ci illərin informasiyasından imtina etməliyik. Müasir dövrün elmi-texniki yenilikləri fərqli-fərqli fənlər altında çatdırılmalıdır. Düzdür, bizim ali məktəblərlə bağlı narazılıqlarımız var, məzunlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermirlər.
В одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.09.2021
ELM
Repetitor və kurslara əhsən: Yüksək balların toplanmasında məktəblərin rolu sıfırdır

Nəsillər arasında əlaqə və repetitorluq

- Bir çox dəyişikliklər olsa da, abituriyentlər hələ də repetitorlardan asılıdırlar.
- Repetitorluqdan asılılığın əsas səbəbi nəsillərarası əlaqənin, zəncirin qırılması ilə bağlıdır. Yəni orta ümumtəhsil məktəblərində dərsliklər yenilənsə də, öncəki ilin müəllimləri bu dərsliklərlə ayaqlaşa bilmirlər. Repetitorluğa şərait yaradan səbəblərdən biri ali məktəblərə qəbul imtahanlarının çətinliyidir. Strategiyada qəbul imtahanları ilə bağlı dəyişikliklər nəzərdə tutulsa da, bunlar tam olaraq hədəflərə doğru getmir. Bu gün biz yalnız bilikləri qiymətləndiririk, bacarıqları yox. Qəbul imtahanlarını sadələşdirsək, dərslikləri daha modern formatda tərtib etsək, repetitorlardan asılılıqla bağlı problem aradan qalxar.
Eləcə də oxuyun:
* Məktəblərdə qızların sayı niyə azalır? - səbəblər
* Narkomaniya ilə bağlı fənnin tədrisi məqsədəuyğun deyil və ya Çarəsizlik sindromuna çarə
* Peşə təhsili haqqında diplom ali məktəbə daxil olmaq hüququ yaradır
* Ömürdən və maaşdan silən "on saat"lar - Müəllimi narahat edən tək bu deyil
* Təhsil krediti götürən tələbələr nə qədər qaytaracaqlar?
Xəbər lenti
0