https://sputnik.az/20211129/pese-tehsili-haqqinda-diplom-ali-mektebe-daxil-olmaq-huququ-yaradir--436786307.html
Peşə təhsili haqqında diplom ali məktəbə daxil olmaq hüququ yaradır
Peşə təhsili haqqında diplom ali məktəbə daxil olmaq hüququ yaradır
Sputnik Azərbaycan
Prezident "Təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T21:01+0400
2021-11-29T21:01+0400
2021-11-29T21:11+0400
peşə
təhsil
qanun
kredit
təhsil
dəyişiklik
diplom
ali təhsil
https://cdnn1.img.sputnik.az/img/42325/82/423258285_0:245:3072:1973_1920x0_80_0_0_968ec823b3062a276afabc70c3bfe9e3.jpg
BAKI, 29 noyabr — Sputnik. Prezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, sənədə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.Qanuna aşağıdakı dəyişikliklər edilib.1. 9.6.4-cü maddədə "təhsili almaq hüququ verilir." sözləri "təhsili;" sözü ilə əvəz edilsin.2. Aşağıdakı məzmunda 9.6.5-ci, 9.12-ci və 14.4-1-ci maddələr əlavə edilsin:"9.6.5. yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.";"9.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.";"14.4-1. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır".Həmçinin oxuyun:Nazirlik kollecə daxil ola bilməyən şagirdlərə başqa şans yaratdıPeşə məktəblərində təqaüd təhsil nəticələrinə əsasən veriləcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42325/82/423258285_341:0:3072:2048_1920x0_80_0_0_6fe1047d33ecf460dae7d3f22177e8f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peşə, qanun, kredit, təhsil, dəyişiklik, diplom, ali təhsil
peşə, qanun, kredit, təhsil, dəyişiklik, diplom, ali təhsil
Peşə təhsili haqqında diplom ali məktəbə daxil olmaq hüququ yaradır
21:01 29.11.2021 (Yenilənib: 21:11 29.11.2021) Prezident "Təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris kredit sistemi ilə təşkil olunur.
BAKI, 29 noyabr — Sputnik. Prezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, sənədə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.
Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.
Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.
Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Qanuna aşağıdakı dəyişikliklər edilib.
1. 9.6.4-cü maddədə "təhsili almaq hüququ verilir." sözləri "təhsili;" sözü ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 9.6.5-ci, 9.12-ci və 14.4-1-ci maddələr əlavə edilsin:
"9.6.5. yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.";
"9.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.";
"14.4-1. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır".
Peşə məktəblərində təqaüd təhsil nəticələrinə əsasən veriləcək