https://sputnik.az/20211201/almaniyali-deputat-atet-in-minsk-qrupu-formati-islemir-436859508.html
Almaniyalı deputat: "ATƏT-in Minsk Qrupu formatı işləmir"
Almaniyalı deputat: "ATƏT-in Minsk Qrupu formatı işləmir"
Sputnik Azərbaycan
Təqdirəlayiqdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində vasitəçilik danışıqları keçirəcək, lakin bu, kifayət deyil. 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T19:10+0400
2021-12-01T19:10+0400
2021-12-01T18:39+0400
atət
siyasət
almaniya
atət-in minsk qrupu
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_0:317:3077:2047_1920x0_80_0_0_9c6de9ee9380a0b5ca493438c92a8f96.jpg
BAKI, 1 dekabr — Sputnik. "Mən digər həmkarlarımın fikirlərini bölüşürəm ki, ATƏT-in Minsk Qrupu formatı işləmir və Aİ bu münaqişənin həlli istiqamətində yoxdur. Əminliklə deyirəm ki, telefon zəngləri kifayət deyil".Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın (Yaşıllar-Azad Avropa Alyansı) Avropa Parlamentindəki deputatı Viola von Kramon-Taubadel Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.Xanım parlamentari bildirib ki, insanlar əziyyət çəkirlər, saxlanılanlar dəyişdirilməyib, minalar hələ də qalır: "Və Avropa İttifaqı ortada yoxdur. Təqdirəlayiqdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində vasitəçilik danışıqları keçirəcək, lakin bu, kifayət deyil. Biz uzunmüddətli təhlükəsizlik mexanizmi təklif etməliyik. Düşünürəm ki, Fransa Aİ adından dürüst vasitəçi olmayıb".O, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin digər Aİ rəsmiləri ilə birgə işçi qrupu yaratmasını və regionda məkik diplomatiyasının mövcudluğunu görmək istədiyini vurğulayıb.Eləcə də oxuyun:* Azərbaycan delimitasiyaya başlamağa hazırdır, Ermənistan isə qarşılıq vermir - Bayramov* ATƏT sərhəddəki insidentlə bağlı Rusiyanın səylərini dəstəkləyir* Ceyhun Bayramov erməni təxribatlarını ATƏT sədrinin diqqətinə çatdırdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_7:0:2736:2047_1920x0_80_0_0_977c2e4392bdeec9252fcc052b635357.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atət, almaniya, atət-in minsk qrupu
atət, almaniya, atət-in minsk qrupu
Almaniyalı deputat: "ATƏT-in Minsk Qrupu formatı işləmir"
Təqdirəlayiqdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində vasitəçilik danışıqları keçirəcək, lakin bu, kifayət deyil.
BAKI, 1 dekabr — Sputnik. "Mən digər həmkarlarımın fikirlərini bölüşürəm ki, ATƏT-in Minsk Qrupu formatı işləmir və Aİ bu münaqişənin həlli istiqamətində yoxdur. Əminliklə deyirəm ki, telefon zəngləri kifayət deyil".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın (Yaşıllar-Azad Avropa Alyansı) Avropa Parlamentindəki deputatı
Viola von Kramon-Taubadel Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.
Xanım parlamentari bildirib ki, insanlar əziyyət çəkirlər, saxlanılanlar dəyişdirilməyib, minalar hələ də qalır: "Və Avropa İttifaqı ortada yoxdur. Təqdirəlayiqdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində vasitəçilik danışıqları keçirəcək, lakin bu, kifayət deyil. Biz uzunmüddətli təhlükəsizlik mexanizmi təklif etməliyik. Düşünürəm ki, Fransa Aİ adından dürüst vasitəçi olmayıb".
O, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin digər Aİ rəsmiləri ilə birgə işçi qrupu yaratmasını və regionda məkik diplomatiyasının mövcudluğunu görmək istədiyini vurğulayıb.