https://sputnik.az/20211119/atet-serheddeki-insidentle-bagli-rusiyanin-seylerini-destekleyir-436488486.html
ATƏT sərhəddəki insidentlə bağlı Rusiyanın səylərini dəstəkləyir
ATƏT sərhəddəki insidentlə bağlı Rusiyanın səylərini dəstəkləyir
Sputnik Azərbaycan
Ann Linde deyib ki, Lavrovla danışıqlarda Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi regional münaqişələrin həlli üçün konstruktiv həll yolları üzərində... 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T15:50+0400
2021-11-19T15:50+0400
2021-11-19T15:50+0400
atət
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
lavrov
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436453103_0:0:3073:1728_1920x0_80_0_0_2d13c983929bfdd1ebd196cd7f0d8f2b.jpg
BAKI, 19 noyabr — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan və Azərbaycan arasında gərginləşən münaqişənin nizamlanması üzrə səylərini alqışlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir. "Biz Rusiyanın atəşkəs əldə etmək və sülh müqaviləsi bağlamaq səylərini alqışlayırıq", - deyə Linde Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.O vurğulayıb ki, Lavrovla görüşdə Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi regional münaqişələrin həlli üçün konstruktiv həll yolları üzərində birgə necə işləmək barədə danışacaq.Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi qurumun rəhbəri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı barədə məlumat yayıb.Qeyd olunur ki, Ann Linde bu ilin 16 noyabr tarixində Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib. Belə ki, 8 noyabr tarixindən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir, bu xüsusda Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçularının Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.Ermənistanın Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov, məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.Telefon danışığı zamanı nazirlər, həmçinin ATƏT-in Stokholmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436453103_88:0:2819:2048_1920x0_80_0_0_d3932d613b033804f1583c3fcd10e53d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atət, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, lavrov
atət, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, lavrov
ATƏT sərhəddəki insidentlə bağlı Rusiyanın səylərini dəstəkləyir
Ann Linde deyib ki, Lavrovla danışıqlarda Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi regional münaqişələrin həlli üçün konstruktiv həll yolları üzərində birgə necə işləmək barədə danışacaq.
BAKI, 19 noyabr — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan və Azərbaycan arasında gərginləşən münaqişənin nizamlanması üzrə səylərini alqışlayıb.
Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
"Biz Rusiyanın atəşkəs əldə etmək və sülh müqaviləsi bağlamaq səylərini alqışlayırıq", - deyə Linde Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, Lavrovla görüşdə Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi regional münaqişələrin həlli üçün konstruktiv həll yolları üzərində birgə necə işləmək barədə danışacaq.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi qurumun rəhbəri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı barədə məlumat yayıb.
Qeyd olunur ki, Ann Linde bu ilin 16 noyabr tarixində Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.
Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib.
Belə ki, 8 noyabr tarixindən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir, bu xüsusda Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçularının Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov, məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.
Telefon danışığı zamanı nazirlər, həmçinin ATƏT-in Stokholmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.