SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail səfiri Azərbaycanın kədərini bölüşür: "Dualarımız həlak olanların ailələri ilədir"

© Photo : Twitter / Israel in AzerbaijanПосол Израиля в Азербайджане Джордж Дик
Посол Израиля в Азербайджане Джордж Дик  - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkə hesabında xalqımıza Xızıda baş vermiş faciəvi helikopter qəzası ilə bağlı başsağlığı verib.
BAKI, 30 niyabr - Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün Twitter hesabında paylaşım edib.

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - səfir yazıb.

Xatırladaq ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbçimiz həlak olub, 2 nəfər xəsarət alıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Həmçinin oxuyun:
Helikopter qəzasında həlak olanların nəşi Bakıya gətirilib
İran helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi
DSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHI
Prezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı verib
On dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı
Xəbər lenti
0