Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirlik kollecə daxil ola bilməyən şagirdlərə başqa şans yaratdı

© Sputnik / Irade JELILPeşə təmayüllü məkan
Peşə təmayüllü məkan - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır.
BAKI, 22 noyabr — Sputnik. Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq. Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.
Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.
Qeyd edək ki, məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.
Xəbər lenti
0