https://sputnik.az/20211129/dmancilarimiz-dopinqden-uzaq-durur-436789460.html
İdmançılarımız dopinqdən uzaq durur
İdmançılarımız dopinqdən uzaq durur
Sputnik Azərbaycan
AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T21:48+0400
2021-11-29T21:48+0400
2021-11-29T21:48+0400
amada
idman
milli
dopinq
hesabat
fəaliyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434818843_0:592:1536:1456_1920x0_80_0_0_7474ae6ab8ea60c3850d2b252470313f.jpg
BAKI, 29 noyabr — Sputnik. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017-2021-ci illər üzrə aşkarlanmış antidopinq qayda pozuntularının statistikasını açıqlayıb.Sputnik Azərbaycan AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun 5 illik fəaliyyəti dövründə bu cür halların sayı kəskin azalıb.2013-2016-cı illərdə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanıbsa, AMADA-nın fəaliyyətə başlamasından sonra bu rəqəm 2 dəfə azalaraq 20-yə bərabər olub.Təkcə 2013-cü ildə beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) son 5 ildəkindən (21 ədəd) çoxdur.AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4.5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.Son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında ən müasir laborator üsullardan istifadə olunur. Dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb.2018-ci ildə isə əvvəlki ildən daha 6.5 faiz çox qayda pozuntusu qeydə alınıb. Bununla belə, həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub.Həmçinin oxuyun:Azərbaycan təmsilçisi səkkiz il müddətinə diskvalifikasiya olunub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434818843_0:448:1536:1600_1920x0_80_0_0_e7551cba44a0bf39c2221be7df6bd0aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
amada, milli, dopinq, hesabat, fəaliyyət
amada, milli, dopinq, hesabat, fəaliyyət
İdmançılarımız dopinqdən uzaq durur
AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib.
BAKI, 29 noyabr — Sputnik. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017-2021-ci illər üzrə aşkarlanmış antidopinq qayda pozuntularının statistikasını açıqlayıb.
Sputnik Azərbaycan AMADA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun 5 illik fəaliyyəti dövründə bu cür halların sayı kəskin azalıb.
2013-2016-cı illərdə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanıbsa, AMADA-nın fəaliyyətə başlamasından sonra bu rəqəm 2 dəfə azalaraq 20-yə bərabər olub.
Təkcə 2013-cü ildə beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd) son 5 ildəkindən (21 ədəd) çoxdur.
AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərarı verilib. Bu isə götürülən testlərin 4.5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.
Son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında ən müasir laborator üsullardan istifadə olunur. Dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb.
2018-ci ildə isə əvvəlki ildən daha 6.5 faiz çox qayda pozuntusu qeydə alınıb. Bununla belə, həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub.