Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan təmsilçisi səkkiz il müddətinə diskvalifikasiya olunub

© AP Photo / Mike GrollBoyanka Kostova
Boyanka Kostova - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Ağır atletika üzrə Azərbaycan milli komandasının bolqar legioneri Boyanka Kostova 2029-cu ildə karyerasını bərpa edə biləcək, ancaq onun o zaman artıq 36 yaşı olacaq.
BAKI, 30 sentyabr — Sputnik. Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) azərbaycanlı ştanqçını 8 il müddətinə diskvalifikasiya edib. Bu barədə Sputnik Azərbaycan IWF-in saytına istinadən xəbər verir.
Ştanqçı Boyanka Kostova bu ilin aprelində Moskvada keçirilən Ağır Atletika üzrə Avropa Çempionatında dopinq qəbul etməkdə təqsirli bilinib. Bolqar əsilli idmançının orqanizmində qadağan olunmuş steroid metabolit stanozolol aşkar edilib.
Kostova Moskvada Avropa Çempionatında qazandığı Olimpiya lisenziyasından məhrum edilib və "B" dopinq testinin araşdırılmasına qədər müvəqqəti olaraq kənarlaşdırılıb.
Təkrar araşdırma Kostovanın orqanizmində qadağan olunmuş preparatın olduğunu təsdiqləyib, nəticədə IWF ştanqçını səkkiz il müddətinə idmandan kənarlaşdırmaq qərarına gəlib. Kostovanın diskvalifikasiyası bu il mayın 10-dan başlayıb və 2029-cu il mayın 9-da başa çatacaq.
Belə uzun diskvalifikasiya müddətini nəzərə alsaq, Kostovanın böyük ehtimalla idmandakı karyerasına son qoyacağını güman etmək olar. Bundan əlavə, diskvalifikasiya müddəti bitəndə Kostovanın artıq 36 yaşı olacaq və müasir idman reallıqlarında idman karyerasına yenidən başlamaq mümkün deyil.
Qeyd edək ki, Kostovanın dopinq testindən uğursuz keçməsi ilk deyil. İlk dəfə o, dehidroklorometil-testosteron steroidini istifadə etməkdə təqsirli bilinərək iki il müddətinə - 10 iyun 2016-cı ildən 2018-ci ilin iyun ayına qədər diskvalifikasiya edilib.
Xəbər lenti
0