https://sputnik.az/20211128/lham-eliyevin-ran-prezidenti-ile-gorusub-436753914.html
İlham Əliyev: bundan sonra İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edəcək
İlham Əliyev: bundan sonra İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edəcək
Sputnik Azərbaycan
Seyid İbrahim Rəisi: Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir. 28.11.2021, Sputnik Azərbaycan
2021-11-28T23:15+0400
2021-11-28T23:15+0400
2021-11-28T23:15+0400
siyasət
iran
prezidentlərin görüşü
azərbaycan
aşqabad
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436753569_0:81:901:588_1920x0_80_0_0_f5c8bf7bca1428bcfc972c550377d522.jpg
BAKI, 28 noyabr - Sputnik. Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.Prezident İlham Əliyev: Salaməleyküm.Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm. Necəsiniz?Prezident İlham Əliyev: Sağ olun, çox yaxşıyam.Prezident Seyid İbrahim Rəisi: Əhvalınız yaxşıdır, necəsiniz?Prezident İlham Əliyev: Çox sağ olun, yaxşıyam. Şadam Sizi görməyimə.Prezident Seyid İbrahim Rəisi: Mən də Sizinlə İƏT dövlət başçılarının Sammitində görüşümdən çox xoşhalam. İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı. Sizin rəsmi şəxslərin, həm Baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu, Baş nazirin müavininin Tehrana çox uğurlu səfəri baş tutdu. Mənə verilən məlumata görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər.Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan Respublikasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək. Buyurun, biz Sizin xidmətinizdəyik.Prezident İlham Əliyev: Çox sağ olun, hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.Prezident Seyid İbrahim Rəisi: Mütləq elə olacaqdır.Prezident İlham Əliyev: İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq.X X XGörüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirildi.Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı.Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirildi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırıldı.Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparıldı.Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulandı.Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı.X X XSazişin imzalanmasından sonra dövlət başçıları İranın kütləvi informasiya vasitələrinə müsahibə verdilər.Prezident İlham Əliyev: Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir.Müxbir: Bir sənəd imzalandı, o barədə nə deyərdiniz?Prezident İlham Əliyev: Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var. Sağ olun.Müxbir: Cənab Prezident, yorulmayasınız. Bu gün müsəlman ölkəsi Azərbaycanla Sizin danışıqlarınız baş tutub. Danışıqlar barədə nə deyə bilərsiniz?Prezident Seyid İbrahim Rəisi: Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir.Müxbir: Təşəkkür edirəm.***Xatırladaq ki, bu gün Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşündə iştirak edən İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib ki, İran həm Türkiyə, həm də Azərbaycan ilə geniş iqtisadi əlaqələrə malikdir və bu əlaqələrin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. İran qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Qonşu dövlətlərlə münasibətlərin inkişafı İranın xarici siyasət kursunun prioritet istiqamətidir:"İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik. Bu üç qonşu ölkə tarixi, mədəni, dini və coğrafi baxımdan biri-birinə bağlıdır".İran Prezidenti diqqətə çatdırıb ki, regionda PKK, İŞİD kimi terror təşkilatlarının fəallaşmasına imkan vermək olmaz və bu mübarizədə birlikdə çıxış etmək daha səmərəli olar.İbrahim Rəisi onu da vurğulayıb ki, regiondaki problemləri region dövlətləri həll etmək iqtidarına malikdirlər.Həmçinin oxuyun:İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında görüş olubİlham Əliyev Pakistan Prezidenti ilə görüşüb - Yenilənib
iran
azərbaycan
aşqabad
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436753569_5:0:897:669_1920x0_80_0_0_6d0d8c8f5d6d8c76be0a5d929b40fd59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, prezidentlərin görüşü, azərbaycan, aşqabad
iran, prezidentlərin görüşü, azərbaycan, aşqabad
İlham Əliyev: bundan sonra İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edəcək
Seyid İbrahim Rəisi: Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir.
BAKI, 28 noyabr - Sputnik. Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.
Prezident İlham Əliyev: Salaməleyküm.
Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm. Necəsiniz?
Prezident İlham Əliyev: Sağ olun, çox yaxşıyam.
Prezident Seyid İbrahim Rəisi: Əhvalınız yaxşıdır, necəsiniz?
Prezident İlham Əliyev: Çox sağ olun, yaxşıyam. Şadam Sizi görməyimə.
Prezident Seyid İbrahim Rəisi: Mən də Sizinlə İƏT dövlət başçılarının Sammitində görüşümdən çox xoşhalam. İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı. Sizin rəsmi şəxslərin, həm Baş nazirin müavininin, həm də xarici işlər nazirinin İranın xarici işlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu, Baş nazirin müavininin Tehrana çox uğurlu səfəri baş tutdu. Mənə verilən məlumata görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmaslar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər.
Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.
Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan Respublikasının Baş nazirinin müavininin və Azərbaycan Respublikasının xarici işlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək. Buyurun, biz Sizin xidmətinizdəyik.
Prezident İlham Əliyev: Çox sağ olun, hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.
Prezident Seyid İbrahim Rəisi: Mütləq elə olacaqdır.
Prezident İlham Əliyev: İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirildi.
Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulandı.
Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirildi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırıldı.
Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparıldı.
Söhbət zamanı İran-Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulandı.
Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalandı.
Sazişin imzalanmasından sonra dövlət başçıları İranın kütləvi informasiya vasitələrinə müsahibə verdilər.
Prezident İlham Əliyev: Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir.
Müxbir: Bir sənəd imzalandı, o barədə nə deyərdiniz?
Prezident İlham Əliyev: Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var. Sağ olun.
Müxbir: Cənab Prezident, yorulmayasınız. Bu gün müsəlman ölkəsi Azərbaycanla Sizin danışıqlarınız baş tutub. Danışıqlar barədə nə deyə bilərsiniz?
Prezident Seyid İbrahim Rəisi: Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir.
Xatırladaq ki, bu gün Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşündə iştirak edən İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib ki, İran həm Türkiyə, həm də Azərbaycan ilə geniş iqtisadi əlaqələrə malikdir və bu əlaqələrin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. İran qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Qonşu dövlətlərlə münasibətlərin inkişafı İranın xarici siyasət kursunun prioritet istiqamətidir:
"İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik. Bu üç qonşu ölkə tarixi, mədəni, dini və coğrafi baxımdan biri-birinə bağlıdır".
İran Prezidenti diqqətə çatdırıb ki, regionda PKK, İŞİD kimi terror təşkilatlarının fəallaşmasına imkan vermək olmaz və bu mübarizədə birlikdə çıxış etmək daha səmərəli olar.
İbrahim Rəisi onu da vurğulayıb ki, regiondaki problemləri region dövlətləri həll etmək iqtidarına malikdirlər.