SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Pakistan Prezidenti ilə görüşüb - Yenilənib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı keçirilib.
BAKI, 28 noyabr - Sputnik. Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü
Prezident Arif Alvi deyib:
Salaməleyküm, Zati-aliləri.
Prezident İlham Əliyev: Salam. Sizi bir daha görməyə çox şadam. Sizin Azərbaycana səfərinizi xatırlayıram, birlikdə yaxşı vaxt keçirdik.
Prezident Arif Alvi: Siz öz torpaqlarınızı geri qaytardıqdan sonra birinci dəfədir ki, görüşürük.
Prezident İlham Əliyev: Bəli, dəstəyiniz üçün çox sağ olun.
Prezidenti Arif Alvi: Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz. Dünya bunu qəbul etdi, bunu etmək lazım idi. Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi.
Prezident İlham Əliyev: Demək olar ki, 30 il ərzində icra olunmamışdır.
Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Həmçinin oxuyun:
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında görüş olub
Xəbər lenti
0