Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda dializ aparatından asılı nə qədər xəstə var?

© Sputnik / Yuriy Lashov / Mediabanka keçidDaliz
Daliz  - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Hazırda Bakıda 9, regionlarda isə 45 hemodializ mərkəzi fəaliyyət göstərir.
BAKI, 27 noyabr — Sputnik. Azərbaycanda xroniki böyrək çatışmazlığı səbəbindən hemodaliz müalicəsi alan xəstələrin sayı açıqlanıb. M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri, tibb elmləri doktoru İlham Həmidov Sputnik Azərbaycan-a bildirib ki, 3500 xəstə dövlət vəsaiti hesabına hemodializ müalicəsi qəbul edir.
Onun sözlərinə görə, hazırda Bakıda 9, regionlarda isə 45 hemodializ mərkəzi fəaliyyət göstərir. İ.Həmidov bildirib ki, xəstələr həftədə iki, üç dəfə dializ aparatına qoşularaq müalicə alırlar: "Dializ mərkəzinin nefroloqu xəstələrə müalicə proqramı seçir. Həmin müalicə proqramına əsasən, xəstələr həftədə iki, üç dəfə dializ aparatına qoşulurlar".
İ.Həmidov bildirib ki, xroniki böyrək çatışmazlığı xəstəliyi hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır: "Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəliklər, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb olur".
Eləcə də oxuyun:
* Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək
* Böyrək köçürülməsi üçün növbədə olanlar donor tapa bilmirlər, qanunlar isə işləmir
* COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?
Xəbər lenti
0