Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblərdə durum: ajiotaj yoxdur, amma üşüyən var

© Photo : Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiBakı məktəblərin birində tədris prosesi, arxiv şəkli
Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.
BAKI, 25 noyabr — Sputnik. Bakıda istilik sistemi problemi olan məktəblərin sayı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.
Onun sözlərinə görə, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur: "Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır. Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idisə, artıq onlar yavaş-yavaş səngiyir".
M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib: "Problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır".
Eləcə də oxuyun:
* Bakıda 4 min manata görə şagirdlər soyuqdan donurlar
* "Qaçqınkom" qazanxanaların işləməmə səbəbini açıqlayıb
* "Azəristiliktəchizat" borcunu ödəməsə, "Azəriqaz" qazın verilişini dayandıracaq
* Təhsil naziri məktəblərdəki istilik problemi barədə: problemlər aradan qaldırılacaq
Xəbər lenti
0