Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əvvəl əhval yüksəlir və güclənirsən, sonra dəhşətli ağrılar başlayır - həkim xəbərdarlığı

© AFP 2024 / Bulent KilicNarkomanlar
Narkomanlar - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Abunə olmaq
Narkotik vasitələrdən istifadə ilkin mərhələdə psixi, sonrakı mərhələdə fiziki asılılığa səbəb olur.
BAKI, 22 noyabr — Sputnik. Əsrin bəlasına çevrilən "ağ ölüm" zəmanəmizin ən aktual problemlərindən biri olaraq qalır. Azərbaycanda da narkotik vasitələrdən istifadəyə görə yüzlərlə insan sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrilir.
Sputnik Azərbaycan xəbər verir ki, həkim-narkoloq Fizzə Baxışovanın dediyinə görə, bu zərərli vərdişə daha çox gənclər maraq göstərirlər:
"Yeniyetmə və gənclər arasında tütündən istifadə etməyə daha çox maraq var. Onlarda bu maraq sonradan digər narkotik vasitələrdən istifadə edilməsinə də səbəb olur. Lakin Ümumdünya Səhiyyə Təşkilatının statistikası göstərir ki, bir dəfə narkotik vasitələrdən istifadə edən şəxs artıq ondan asılı vəziyyətə düşə bilər. Ona görə də gənclər və yeniyetmələrin narkotik vasitələrdən bir dəfə istifadə etməsinə belə yol verməməyə çalışmaq lazımdır".
Həkim-narkoloq qeyd edir ki, narkotik vasitələrdən istifadə ilkin mərhələdə xoş əhval-ruhiyyə yaratsa da, sonrakı mərhələlərdə geri dönüşü olmayan asılılığa aparıb çıxarır: "Narkotik vasitələrdən istifadə ilkin mərhələdə psixi, sonrakı mərhələdə fiziki asılılığa səbəb olur. Fiziki asılılıq adi ağrıkəsicilərlə qarşısı alınmayan ağrılardan ibarət olur. Psixi asılılıq zamanı isə şəxsin narkotik vasitədən istifadə etdiyi vaxt əhval-ruhiyyəsi yüksələ, gücü arta bilər, lakin bir müddətdən sonra həmin hallar əmələ gəlmir və yalnız fiziki asılılıq zamanı bədəndə dəhşətli ağrılar yaranır. Bundan əlavə, narkotik istifadə edənlərdə infeksion xəstəliklər, o cümlədən hepatitlər və QİÇS xəstəliyi yaranır. Həmin xəstəliklər isə immun sistemini zədələyərək ölümə səbəb olur".
Statistika göstərir ki, yeniyetmələrlə yanaşı, 40-50 yaşlılar arasında da bu asılılıqdan əziyyət çəkənlər var. Müsahibimizin dediyinə görə, gəncləri bu bəladan xilas etməyin yolu isə valideyn nəzarətidir: "Narkotikə meyl ailədə nəzarətsiz qalmaq nəticəsində ən çox yeniyetmələr arasında yayılır. İlkin dövrlərdə onun qarşısı alınmayanda sonradan ağırlaşmış vəziyyətə keçir. Buna görə də mütəmadi olaraq yeniyetmə və gənclər arasında xəstəliyin sonrakı fəsadları haqqında müəyyən təlimatlar aparılır".
Gəncləri "ağ ölümdən", narkomaniya və psixotrop vasitələrin asılılığından xilas etmək üçün böyüklər kifayət qədər məlumatlı olmalı və cəmiyyəti məhvə aparan xəstəliyə qarşı birlikdə mübarizə aparılmalıdır.
Eləcə də oxuyun:
* "TikTok"da narkotiki təbliğ edən 16 yaşlı yeniyetmə saxlanılıb
* Azərbaycanın qara bazarında ən çox "patı" satılır - Dövlət Gömrük Komitəsinin sədri
* Bakı məktəbinə "patı" gətiriblər? DİN məsələyə münasibət bildirdi
* Narkotikə son deyən Kənan Hacıyev öz hekayəsini danışır
* Prezident kokain istifadəçilərini Amazon meşələrini məhv etməkdə ittiham edib
Xəbər lenti
0